Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-89/2023 01.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, xx xxxxxxx 1978-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Culfa rayonu Əbrəqunus rayonunda anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla, ünvan 2şayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının İV taqımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 01 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 08 yanvar 2023-cü il tarixdə saat 12:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ əsasında idarə etdiyi “Toyota Prius” markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryam-İsmayıllı Şəki yolunun İsmayıllı rayonu Topçu kəndi ərazisindən keçən 43-cü km-də hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun sağ tərəfindəki ağaca vurması və nəticədə avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti alması faktı üzrə müstəntiq Abdulla Xəlilovun 19 fevral 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının İV taqımından polis baş serjantı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə 30 sentyabr 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaq onlar məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X1 09 №-li xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət –təpə nahiyyəsinin əzilmiş-kəsilmiş yarası küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 08 yanvar 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/112 nömrəli rəyindən müəyyən edilir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prius” markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yоl hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi polis kapitanı Abdulla Xəlilovun 19 fevral 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 08 yanvar 2023-cü il tarixdə saat 12:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ əsasında idarə etdiyi “Toyota Prius” markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryam-İsmayıllı Şəki yolunun İsmayıllı rayonu Topçu kəndi ərazisindən keçən 43-cü km-də hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun sağ tərəfindəki ağaca vurmuş və nəticədə avtomobildə olan sərnişin X2 yüngül bədən xəsarəti almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-89/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-89/2023
01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver