Məhkəmə qərarları › İş №3(037)-90/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-90/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-90/2023 22.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxx 1988-ci il tarixdə İsmayıllı rayonu Şəbiyan kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 22 fevral 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 20 dekabr 2022-ci il tarixdə saat 01:00 radələrində İsmayıllı rayonu Şəbiyan kəndində yaşadıqları evdə qeyri rəsmi nikahla yaşadığı Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə onu qəsdən döyməsi faktı üzrə İsmayıllı rayon X5 Bölməsinin təhqiqatçısı Nurlan Atakişiyevin 12 fevral 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X2 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 22 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Ruslan Şirvanov izahatında göstərdi ki, Şəxs 20 dekabr 2022ci il tarixdə saat 01:00 radələrində Şəbiyan kəndində yaşadığı evdə arvadı Əsməri döyməsi faktı üzrə araşdırma aparılmış və onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirildiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 23 oktyabr 2022-ci il tarixdə qeyri rəsmi nikahla ailə qurmuşdur. Ailə qurduqdan sonra Əsmər evdə qəribə hərəkətlər etməyə başlamışdır. O və valideynləri artıq Əsmərin psixoloji problemlərinin olduğunu düşünmüşdür. Bir neçə gün sonra Əsmər evdə qala bilmədiyini bildirərək anasının yanına getmək istədiyini bildirmişdir. Əsmərin anası Sevil onların yaşadığı evə gəlmiş və Əsmərin müalicəyə ehtiyacının olduğunu bildirərək Əsməri özü ilə aparmışdır. Bir həftə sonra Əsmər geri qayıtmışdır. Buna baxmayaraq Əsmərin hərəkətlərində müsbət irəliləyiş olmamışdır. Dekabr ayının 20-də Əsmər yenidən anasının yanına getmək istədiyini bildirmiş və Sevil onların yaşadığı evə gəlmişdir. O, Sevilən nə üçün Əsmərin belə hərəkətlər etdiyini soruşduqda, Sevil Əsmərin bibiləri tərəfindən ona cadu olunduğunu bildirmişdir. Dekabr ayının 23-də atası Şirvan Əsmərin evə qayıtması üçün Sevilə zəng etmişdir. Həmin vaxt telefonu Əsmər götürmüş və atası ilə mübahisə edərək onu telefonda söyüb təhqir etmişdir. Bundan sonra onlar artıq Əsmərin evə qayıtmamasına qərar vermişlər. Sonradan ona məlum olmuşdur ki, Sevil polis şöbəsinə zəng edərək şikayət etmişdir. Barəsində tərtib olunmuş protokolla razı deyil. Belə ki, o, heç vaxt Əsməri vurmamış və ona hər-hansı xəsarət yetirməmişdir. Bütün bunları nəzərə alaraq barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxsla ailə qurduqları müddətdən aralarında mübahisələri normal olmamışdır. Belə ki, Kamil ona qarşı soyuq münasibət göstərdiyini bəhanə edərək onunla yersiz mübahisələr etmişdir. Sonuncu dəfə 20 dekabr 2022-ci il tarixdə saat 01:00 radələrində yaşadıqları evin yataq otağında olarkən Kamil yenidən ona soyuq münasibət göstərdiyini bildirmiş və onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Kamil onun başından və bədəninin müxtəlif yerindən yumruq və təpiklə vuraraq onu döymüşdür. Həmin günün səhəri o, anası evinə getmiş, lakin Kamilin ondan üzr istəyəcəyini və barışacaqlarını düşündüyü üçün bir neçə gün şikayət etməmişdir. Aldığı xəsarətlərdən bir neçə gün ev şəraitində yatmışdır. Anası onun vəziyyətini görüb polis şöbəsinə zəng edərək şikayət etmişdir. Hazırda Kamili bağışlamamış və onunla barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə-Tibbi Ekspertiza və X3 54 №-li 30 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət –sol bazu oynağının və hər iki sağrının piqmentasiya sahələri qançır izlər olub küt əşya (alət) təsirindən törənmişdir, Əsmər Abdullayevin məhkəmə-tibbi müayinəsindən 4-6 həftə əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İsmayıllı rayon X5 Bölməsinin təhqiqatçısı Nurlan Atakişiyevin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti onların hər biri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin X2 göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 20 dekabr 2022-ci il tarixdə saat 01:00 radələrində İsmayıllı rayonu Şəbiyan kəndində yaşadıqları evdə qeyri rəsmi nikahla yaşadığı Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə onu qəsdən döymüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Kamil Hüseynov törətdiyi inzibati xətanı etiraf etməməsi, onun məsuliyyətdən yayınması məqsədi daşıyır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 300 (üç yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar