Məhkəmə qərarları › İş №3(037)-91/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-91/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-91/2023 06.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, xx.xx.1966-cı ildə İsmayıllı rayonu Eyyubəyli kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 06 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan əldə edib özündə saxladığı 1 (bir) ədəd “Toz” markalı, 20 çaplı, qoşa lüləli, 117586 nömrəli, yivsiz lüləli ov tüfəngini 13 fevral 2023-cü il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ondan aşkar olunması faktı üzrə barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4- cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon X1 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi tərəfindən tərtib olunmuş 20 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 (bir) ədəd “Toz” markalı, 20 çaplı, qoşa lüləli, 117586 nömrəli, yivsiz lüləli ov tüfəngini özündə saxlamışdır. 20 fevral 2023-cü il tarixli raportdan görünür ki, İsmayıllı rayonu Eyyubəyli kənd sakini Şəxs götürülmüş 1 (bir) ədəd “Toz” markalı, 20 çaplı, qoşa lüləli, 117586 nömrəli, yivsiz lüləli ov tüfəngi İsmayıllı rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 1 (bir) ədəd “Toz” markalı, 20 çaplı, qoşa lüləli, 117586 nömrəli, yivsiz lüləli ov tüfəngini qanunsuz olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan əldə etmiş və saxlamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi, cərimənin 80 (səksən) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İsmayıllı Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd “Toz” markalı, 20 çaplı, qoşa lüləli, 117586 nömrəli, yivsiz lüləli ov tüfəngi müsadirə edilməli və qərar qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat miqdarında inzibati cərimə edilsin. İsmayıllı Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd “Toz” markalı, 20 çaplı, qoşa lüləli, 117586 nömrəli, yivsiz lüləli ov tüfəngi müsadirə edilsin və qərar qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar