Məhkəmə qərarları › İş №3(037)-93/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-93/2022

17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-93/2022 17.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mustafayev Rahim Seyfəddin oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Vəkil iştirakı ilə, 05 avqust 1970-ci il tarixdə İsmayıllı rayonu Talıstan kəndində anadan olmuş, İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 17 fevral 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli 2 (012) – 2521 / 2018 saylı icra vərəqəsinə əsasən 27 aprel 2018-ci il tarixdən başlayaraq Şəxs 21 sentyabr 2006-cı il təvəllüdlü X4 və 03 aprel 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 154 (yüz əlli dörd) manat olmaqla cəmin 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment və Abşeron Rayon Məhkəməsinin 18 avqust 2018-ci il tarixli 2 (012) – 3271 / 2018 saylı icra vərəqəsinə əsasən 20 iyul 2018-ci il tarixdən başlayaraq X3 müalicəsi ilə əlaqədar Şəxs hər ay 100 (yüz) manat tutularaq X1 ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədləri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan 29352 (iyirmi doqquz min üç yüz əlli iki) manat aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 17 fevral 2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs icra sənədləri üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Hazırki günədək onun 29352 (iyirmi doqquz min üç yüz əlli iki) manat ödənilməmiş borcu qalmışdır. Şəxs 30 may 2019-cu il tarixdə cinayət məsuliyyətinə cəlb olunarkən onun tələbkara 7548 (yeddi min beş yüz qırx səkkiz) manat aliment borcu olmuşdur və məhkəmənin həmin tarixli hökmü ilə o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəxs cinayət məsuliyyətinə cəlb olunduqdan sonra da, icra vərəqəsinin icrasından müxtəlif bəhanələrlə boyun qaçırmış və icra vərəqəsini tam şəkildə icra etməmişdir. Bundan başqa borclu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə 17 fevral 2022-ci il tarixdə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Bununla da borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və 29352 (iyirmi doqquz min üç yüz əlli iki) manat aliment borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, heç yerdə işləmir və maddi imkanı ağırdır. Cinayət məsuliyyətinə cəlb olunduğu müddətdə də, aliment borcu yığılmışdır. Həmin aliment məbləğini tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Səhhəti ilə bağlı ağır işlərdə işləyə bilmir. Tezliklə yeni iş yeri tapdıqdan sonra aliment borcundan ödənişlər edəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Əliyeva (Abbasova) Məlahət Kamil qızı hazırki işə baxılmasına dair məhkəmə iclasına gəlməmişdir. Abşeron Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli 2 (012) – 2521 / 2018 saylı icra vərəqəsindən görünür ki, 27 aprel 2018-ci il tarixdən başlayaraq Şəxs 21 sentyabr 2006-cı il təvəllüdlü X4 və 03 aprel 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 154 (yüz əlli dörd) manat olmaqla cəmin 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq X1 ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 18 avqust 2018-ci il tarixli 2 (012) – 3271 / 2018 saylı icra vərəqəsinə əsasən 20 iyul 2018-ci il tarixdən başlayaraq X3 müalicəsi ilə əlaqədar Şəxs hər ay 100 (yüz) manat tutularaq X1 ödənilməsi qət edilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 17 fevral 2022-ci il tarixli arayışdan görünür ki, icra vərəqələri üzrə Şəxs tələbkar Abbasova (Əliyeva) Məlahət Kamil qızına 29352 (iyirmi doqquz min üç yüz əlli iki) manat məbləğində aliment borcu yaranmışdır. İsmayıllı Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli 1(037)-01/2019 saylı qərarından görünür ki, Şəxs tələbkar Məlahət Abbasova olan 7548 (yeddi min beş yüz qırx səkkiz) manat aliment borcunu ödəməkdən yayınmaqla, məhkəmə qətnamələrini qərəzli olaraq icra etmədiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki il) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarından görünür ki, 30 fevral 2019-cu il tarixdə məhkəmədə Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə olan cinayət işinə baxılarkən onun həmin tarixə tələbkar Məlahət Abbasovaya 7548 (yeddi min beş yüz qırx səkkiz) manat aliment borcu olmuşdur. Hazırki inzibati xəta haqqında protokolda Şəxs 29352 (iyirmi doqquz min üç yüz əlli iki) manat aliment borcunun olması göstərilmişdir. Göründüyü kimi Şəxs cinayət məsuliyyətinə cəlb edildikdən və cəzasını çəkib qurtardıqdan sonra qalıq borcunu ödəməməklə yanaşı, hər ay təyin olunmuş aliment məbləğini belə ödəməmişdir. Bu da Şəxs icra vərəqəsinin icrasından qərəzli olaraq yayınması kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə və digər sübutlarla müəyyən edildi ki, Abşeron Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli 2 (012) – 2521 / 2018 saylı icra vərəqəsinə əsasən 27 aprel 2018-ci il tarixdən başlayaraq Şəxs 21 sentyabr 2006-cı il təvəllüdlü X4 və 03 aprel 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 154 (yüz əlli dörd) manat olmaqla cəmin 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment və Abşeron Rayon Məhkəməsinin 18 avqust 2018-ci il tarixli 2 (012) – 3271 / 2018 saylı icra vərəqəsinə əsasən 20 iyul 2018-ci il tarixdən başlayaraq X3 müalicəsi ilə əlaqədar Şəxs hər ay 100 (yüz) manat tutularaq X1 ödənilməsi qət edilmişdir. İcra vərəqəsləri icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra vərəqələrinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq hazırda Məlahət Abbasovaya ödənilməli olan 29352 (iyirmi doqquz min üç yüz əlli iki) manat aliment borcu ödənilməmiş qalmışdır. Bununla da Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını və müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 20 (iyirmi) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 17 fevral 2022-ci il tarixdə saat 15:10dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 17 fevral 2022-ci il tarixdən saat 15:10-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar