Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-94/2025 07.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, qərarından şikayət verilən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, X5 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin 07 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə 07 mart 2025-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X5 barəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi tərəfindən qəbul olunmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 50 (əlli) manat miqdarında inzibati cərimə edilməsinə dair 07 fevral 2025-ci il tarixli MN ******* nömrəli qərardan X10 şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X10 şikayət ərizəsində göstərmişdir ki, səhhətində olan problemlərlə bağlı olaraq hərbi xidmətə yararsız hesab edilmiş və ən son 2026-cı ilə qədər möhlət hüququ verilmişdir. Lakin sonradan 2024-cü ilin iyul ayından başlayaraq barəsinddə araşdırma başlanmış və möhlət hüququm ləğv edilmişdir. Belə ki, İlk olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin şikayətlərə baxış bölməsindən mayor Toğrul Paşayev tərəfindən çağırılaraq Abşeron rayonu Qobu ərazisində yerləşən Mərkəzi Hərbi Həkim Komissiyasında tibbi müayinədən keçirilərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə yönləndirilmişdir. İsmayıllı rayon şöbəsinin göndərişi əsasında Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna və Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına yenidən müayinə üçün göndərilmişdir. Həmin müayinələrin aktlarının nəticəsinə uyğun olaraq yenidən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (DTSERA) çağırılacağı bildirmişdir. Bundan bir müddət sonra onu 03 dekabr 2024-cü ildə Bakı Hərbi Prokrorluğuna dəvət edilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 müayinəyə göndərilmişdir. Burada müayinə olunmuş və diz oynağında olan patologiya, diz bloklanması və hərəkət məhdudiyyəti səbəbindən əməliyyat tövsiyyə olunaraq Nazirlər Kabinetinin 59N qərarının 58D maddəsinin 1-ci qrafasına əsasən 6 aylıq müvəqqəti hərbi xidmətə yararsız hesab edilmişdir. Hərbi Prokurorluq tərəfindən aparılmış işin yekun nəticəsi və yekun tibbi rəy Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. Lakin bu rəyi bu günə kimi əldə etmək mümkün olmamışdır. Daha sonra 05 Dekabr 2024-cü il tarixində o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə çağırılmış və düz əməli başlı müayinə edilmədən məhdud yararlı hesab edilmişdir. Bununla razılaşmadığı üçün həmin qiymətləndirmə rəyindən dərhal yenidən dəyərləndirilməsi üçün Apelyasiya Şürasına müraciət etmişdir. İşinə Apellyasiya şurasında baxılmamış hərbi xidmətə SMS çağırış göndərilmiş və xx.xx.2025-ci il tarixinə 09:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə yaxınlaşması tələb olunmuşdur. Lakin xx.xx.2025-ci ildə Apelyasiya Şürası şikayətinin haqlı olduğunu nəzərə alaraq və əlavə müayinələrdən keçirilməsini qərar almış və xx.xx.2025-ci ildə saat 09:00-da Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Qiymətləndirmə Mərkəzinə müvafiq sənədlərlə yaxınlaşmağı bildirilmişdir. Bundan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi əməkdaşları ona zəng edərək şöbəyə gəlməyi və Qiymətləndirmə Mərkəzinə yaxınlaşmağı bildirilmişdir. xx.xx.2025-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Qiymətləndirmə Mərkəzində həkim çox tələsik, səthi və professional olmayan şəkildə dizini əl ilə yoxlayıb yararlı olduğu, atroskopik müayinənin aparılmasına ehtiyacın olmadığını bildirərək yekun qərarı sonra deyəcəklərini bildirərək onu evə yola salmışdırlar. Bundan sonra ona təkrar zəng edilərək xidmətə yararlı olduğunu və çağırışçılar siyahısına salındığı barədə məlumat vermişdirlər. Bundan bir neçə gün sonra yenidən onu Apelyasiya Şürasına dəvət etmişdirlər. Yenidən sənədləri yoxlanılmış və yekunda xx.xx.2025-ci il tarixində yaralı olduğu bildirmişdirlər. Bundan bir gün sonra xx.xx.2025-ci ildə SMS bildiriş göndərilərək həqiqi hərbi xidmət keçmək üçün Fövqəladə Hallar Nazirliyinə təyin edilməyi bildirilmişdir. Lakin xx.xx.2025-ci ildə qəfləti diz oynağında olan ağrılar başlamışdır. Həmin ağrılar nəticəsində onun diz oynağında bloklanma baş verir ki, buda kəskin, dözülməz ağrılarla bircə hərəkətinin itirilməsi ilə nəticələnir. Nəticədə həmin gün “103 Təcili tibbi yardım” stansiyasına müraciət edərək oradan gələn həkim nəzarəti ilə “Azərbaycan Elmi- Təhqiqat Travmatologiya və Ortopediya İnstitutu” X11 getmişdir. Burada aldığı müalicə ilə qismən sağlamlığını bərpa etmişdir. Lakin bildirir ki, onun xəstəliyi mütləq şəkildə əməliyyat olunmaqla və əməliyyatdan sonra uzun müddətli reabilitasiya nəticəsində aradan qalxa bilər. Bütün bunlara baxmayaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi xx.xx.2025-ci il tarixində MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edərək poçt vasitəsilə ünvanına göndərilmişdir. Bundan qısa müddət sonra həmin protokol əsasında xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə barədə qərar qəbul edərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində (Göstərilən müddət ərzində çağırış məntəqəsinə gəlməməsinə görə) nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. O, həmin qərarla razılaşmır, həmin qərarı qanunsuz və əsassız hesab edir. Bilindiyi kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində deyilir - Çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü (Madə 604. İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırma) maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə - inzibati məsuliyyət daşıyırlar. Maddənin tələbindən göründüyü kimi burada inzibati məsuliyyət üzrsüz səbəbdən gəlməməyə görə yaranır. O isə çağırışa üzrlü səbəbdən gedə bilməmişdir. Bunu tibbi sənədlər bir daha təsdiq edir. Ona göndərilən sonuncu SMS 23 yanvarda göndərilmiş və həmin SMS-lə onun həqiqi hərbi xidmət keçmək üçün Fövqəladə Hallar Nazirliyinə təyin edilməsi bildirilmişdir. Amma konkret hansı tarixdə hara yaxınlaşmağı SMS-də bildirilməmişdir. Məlumdur ki, əvvəlki SMS-lər də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə yaxınlaşmalı olması bildirilmişdir. Hesab edir ki, bu SMS-lə də bura yaxınlaşmalı imiş. Lakin tarix göstərilməyib. Ona görə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların ehtiyata buraxılması haqqında Sərəncamına əsasən mən ayın 30dək müvafiq quruma yaxınlaşa bilərdi. Lakin səhhəti imkan vermədi. Bu halda hesab edir ki, üzrlü haldır və inzibati xətanı istisna edir. Çünki əlində onun konkret xəstə olması barədə tibbi sənədlər var. Bundan başqa bir əməl üzrə, əgər belə bir əməl baş vermişdirsə şəxs ya cinayət məsuliyyəti daşıya bilər, ya da inzibati məsuliyyət. Yəni eyni əmələ görə bir dəfə cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. İş materiallarına əlavə etdiyi sənədlərdən göründüyü kimi, onun barəsində cinayət məsuliyyəti məsələsinə baxılması üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Baş Prokurorluğuna da müraciət edilmişdir. Bundan başqa məlumat vermək istəyir ki, tərəfindən artıq xx.xx.2025-ci ildə Şəki İnzibati Məhkəməsinə müraciət edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin barəmdə müddətli həqiqi hərbi xidmətə yararlı olması barədə qəbul etdiyi xx.xx.2025-ci il tarixli yekun rəyinə əsasən müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlığına dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi tərəfindən hərbi xidmətə yararlılıq barədə qəbul etdiyi xx.xx.2025-ci il tarixli yekun qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Vahid formalaşmış məhkəmə təcrübəsinə görə şəxs hərbi xidmətə yararlılıq barədə qəbul edilmiş qərarı mübahisələndirdiyi müddətdə xidmətə aparıla bilməz. Hal-hazırda onun iddia tələbi üzrə məhkəmə araşdırması aparılır. Yekunda hər şeyə məhkəmə özü qiymət verəcəkdir. Bütün bu qeyd etdiklərindən göründüyü kimi, o hər hansı bir inzibati xətanı törətməmişdir. Məhz buna görə də barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə barədə qərar ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs X7 məhkəmə iclasına gəlməmiş, Roman Rəhmanlının atası Vidadi Rəhimov etibarnamə təqdim etmədən məhkəməyə ərizə ilə müraciət edərək Roman Rəhimlinin məhkəmə iclasına üzrlü səbəbdən gələ bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin nümayəndəsi X3 hazırki iş üzrə Roman Rəhimlinin şikayət ərizəsində qeyd etdiklərini əsassız hesab etdiyini bildirdi və izahat verərək göstərdi ki, Roman Rəhimli hərbi xidmətə cəlb olunmuş və hərbi xidmət növü Fövqəladə Hallar Nazirliyinə düşmüşdür. Roman Rəhimli çağırışa gəlməmişdir. O, üzrlü səbəblər göstərərək ayağında narahatlıqlar olduğunu bildirmişdir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “Reablitasiya” mərkəzi onun hərbi xidmətə yararlı olması barədə qərar vermişdir. Bununla bağlı X9 Şurasına şikayət də etmişdir. Apellyasiya Şurası onun şikayətini təmin etməmiş və qərarı qüvvəsində saxlamışdır. 2023-cü ilin sentyabr ayında cənab prezidentin fərmanına əsasən 4 kateqoriya üzrə yekun qərar verən orqan həmin orqan kimi qəbul edilmişdir. Bu səbəbdən həmin qərarı dəyişmək səlahiyyətləri yoxdur. Roman Rəhimlinin çağırışa gəlməməsinin üzrlü səbəbləri barədə təqdim etdiyi snədlər yalnız onun ağrısı ilə bağlı olmuşdur. Bütün bunlara görə Baş Prokurorluqda araşdırma aparılır. Ona görə də, şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “bakı Sağlamlıq” Mərkəzinin 27 yanvar 2025-ci il tarixli “Ambulator xəstənin tibbi kartası”ndan görünür ki, Roman Rəhimlidə lateral meniskus arxa buynuzunda kompleks horizontal və radial yırtıqlar izlənilir, arxa buynuzun önə doğru yerdəyişməsi, ön çarpaz bağdaödəm və siz oynağında və suprapatellar bursada maye artışı izlənilir. Səfərbərlik və Həqiqi Hərbi Xidməti Çağırış üzrə Dövlət Xidmətinin “Tibbi müayinə məlumatlarının qeydiyyatı”ndan görünür ki, X10 A-müddətli həqiqi hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, X10 təkrar tibbi müayinə zamanı DTSERA-nın yekun rəyindən sonra hərbi xidmətə yararlı sayılmış, xx.xx.2025-ci il tarixdə saat 10:02-də zəng olunaraq lazımi sənədləşmənin aparılması üçün İsmayıllı rayon şöbəsinə dəvət olunmuş, gələcəyini bildirsə də gəlməmiş, DTSERA-dan daxil olmuş məlumata əsasən Roman Rəhimlinin xx.xx.2025-ci il tarixdə DTSERA-ya getməsi ilə bağlı məlumat verilməsi üçün xx.xx.2025-ci il tarixdə saat 16:35-də zəng vurulmuş, xx.xx.2025-ci il tarixdə saat 12:06-da yenidən zəng olunmuş və DTSERA-ya getdiyini bildirmiş, hərbi xidmətə yararlı qərarı dəyişdirilmədən saxlanıldığı üçün yenidən İsmayıllı rayon şöbəsinə dəvət olunsa da gəlməkdən imtina etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə saat 11:28-də, xx.xx.2025-ci il tarixdə saat 12:33 radələrində zəng vurularaq şöbəyə gəlməsi barədə məlumat verilsə də, şöbəyə gəlməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin xx.xx.2025-ci il tarixli müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma ilə bağlı xəbrədarlıq məktubundan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə İsmayıllı rayon şöbəsinə gəlməsi və gəlməyəcəyi təqdirdə ona hüquqları izah edilməsi barədə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə məcburi gətirilməsi barədə İsmayıllı rayon Polis Şöbəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsi tərəfindən gətirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarından görünür ki, X10 AR İXM-nin 606.3-cü maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə işdə iştirak edən nümayəndənin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməlidir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən nümayəndənin izahatını və iş materialları ilə müəyyən edildi ki, X10 göstərilən müddət ərzində çağırış məntəqəsinə üzrsüz səbəbdən gəlməməsi faktı aşkar edilmişdir. Bununla bağlı 03 fevral 2024-cü il MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 50 (əlli) manat miqdarında inzibati cərimə edilmişdir. X10 hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərardan narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini çağırışdan yayınmasını səhhəti ilə bağlı müalicə alması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4–cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən Çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X5 təqdim etdiyi sənədlərdən görünür ki, onun diz oynağında olan patologiya, diz bloklanması və hərəkət məhdudiyyəti səbəbindən əməliyyat tövsiyyə olunmuşdur. Lakin o, çağırış müddətində əməliyyat olunması və ya çağırışa üzrlü səbəbdən gedə bilməməsi ilə bağlı hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. Ona görə də, onun barəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi tərəfindən 03 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 07 fevral 2025-ci il tarixdə qərar qəbul edilmiş, qərara əsasən X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən 50 (əlli) manat miqdarında inzibati cərimə edilmişdir. Həmin inzibati xəta haqqında protokol qanuni əsaslarla tərtib edilmiş və həmin protokol əsasında X5 barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən qanunla müəyyən edilmiş qaydalara əməl edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri çərçivəsində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci mаddəsinə əsasən, inzibаti tənbeh məsuliyyət tədbiridir və inzibаti xətа törədən şəxsi qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə həm inzibаti xətа törətmiş şəxs, həm də bаşqа şəxslər tərəfindən yeni inzibаti xətа törədilməsinin qаrşısını аlmаq məqsədi dаşıyır. Həmin Məcəllənin 31-ci mаddəsinə əsasən, inzibаti xətаyа görə tənbeh bu Məcəlləyə uyğun оlаrаq tətbiq edilir. Fiziki və yа vəzifəli şəxslər bаrəsində inzibаti tənbeh tətbiq edilərkən xətаnın xаrаkteri, inzibаti xətа törədənin şəxsiyyəti, оnun təqsirinin dərəcəsi, əmlаk vəziyyəti, hаbelə məsuliyyəti yüngülləşdirən və аğırlаşdırаn hаllаr nəzərə аlınır. İnzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, X5 şikayəti təmin edilməməli, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X5 şikayəti təmin edilməsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən 50 (əlli) manat miqdarında inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-94/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-94/2025
07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver