Məhkəmə qərarları › İş №3(037)-97/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-97/2021

29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-97/2021 29.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə xx xxxx 1968-ci il tarixdə Laçın rayonunda anadan olmuş, İsmayıllı rayonu Mican kəndində yaşayan, Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala xx xxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxx 2020-ci il tarixdə idarə etdiyi “Vaz 21041” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə yolda müəyyən edilmiş hərəkət surətini aşdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək həmin tarixli qərarla 10 (on) manat miqdarında inzibati cərimə edilməsinə baxmayaraq, qeyd olunan qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün barəsində xx xxxx 2020-ci il tarixdə İsmayıllı rayon X1 X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş portal məlumat sistemi üzrə çıxarışdan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tətbiq edilmiş 10 (on) manat miqdarında inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğinə 06 (altı) manat miqdarında dəbbə pulu gələrək, xx.xx.2021-ci il tarixə 16 (on altı) manat məbləğində cərimə borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş Şəxs haqqında İsmayıllı rayon X1 X2 tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2021-ci il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, Şəxs xx xxxx 2020-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tətbiq edilən 10 (on) manat miqdarında inzibati cərimə və həmin cəriməyə hesablanmış 06 (altı) manat miqdarında dəbbə pulunu - cəmi 16 (on altı) manat məbləği xx xxxx 2021-ci il tarixdə məhkəmə qərar qəbul edilənədək müvafiq hesaba ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib qərara gəlir ki, Şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx xxxx 2020-ci il tarixdə idarə etdiyi “Vaz 21041” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə yolda müəyyən edilmiş hərəkət surətini aşdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək həmin tarixli qərarla 10 (on) manat miqdarında inzibati cərimə edilmişdir. Şəxs xx xxxx 2020-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tətbiq edilmiş 10 (on) manat miqdarında inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğinə 06 (altı) manat miqdarında dəbbə pulu hesablanmışdır. Şəxs inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında adı çəkilən qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs xx xxxx 2020-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tətbiq edilən 10 (on) manat miqdarında inzibati cərimə və həmin cəriməyə hesablanmış 06 (altı) manat miqdarında dəbbə pulunu - cəmi 16 (on altı) manat məbləği xx xxxx 2021-ci il tarixdə məhkəmə qərar qəbul edilənədək müvafiq hesaba ödəmişdir. Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılmasına görə haqq ödənilməsi halları aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinin məzmununa görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri olmaqla o, qeyd olunun inzibati xəta hadisəsini törətmişdir. Lakin Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında xx xxxx 2020-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tətbiq edilən 10 (on) manat miqdarında inzibati cərimə və həmin cəriməyə hesablanmış 06 (altı) manat miqdarında dəbbə pulunu - cəmi 16 (on altı ) manat məbləği xx xxxx 2021-ci il tarixdə məhkəmə qərar qəbul edənədək müvafiq hesaba ödədiyinə görə onun inzibati məsuliyyətə cəlb edilməsi zərurəti aradan qalxmışdır. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələbləri baxımından Şəxs inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105, 110-115, 529-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar