Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-98/2022 23.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 2000-ci il tarixdə İsmayıllı rayonu Göytəpə kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx olan Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala 23 fevral 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 21 yanvar 2022-ci il tarixədək İsmayıllı rayonu Göytəpə kəndi ərazisində yerləşən meşədə lazımi icazə olmadan ov qaydalarının kobud şəkildə pozaraq beş ədəd göyərçini qanunsuz olaraq ovlaması və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə alaraq özündə saxladığı 1 (bir) ədəd “Toz-34P” markalı, 12 çaplı, Y ******* nömrəli, yivsiz qoşa lüləli ov tüfənginin daşınma qaydalarını pozması faktı üzrə İsmayıllı rayon X2 Qrupunun təhqiqatçısı Səfa Əsgərovun 18 fevral 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Ravil Orucov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə 22 fevral 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon Polis Şöbəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İsmayıllı rayon Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, onun ovçuluq bileti yoxdur və yalnız təsadüfi hallarda ova gedir. Ov tüfənginin isə müvafiq icra hakimiyyəti orqanından rəsmi icazəsi vardır. 21 yanvar 2022-ci il tarixdə yaşadığı kəndin ərazisində yerləşən meşə ərazisindən beş ədəd göyərçin ovlamışdır. Həmin göyərçinləri və tüfəngi könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Hazırda əməlindən səmimi peşman olmuşdur. Maddi imkanı olduqca ağırdır və birr daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. 02.02.2021-ci il tarixli M-160 saylı şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsinin qeydiyyatında olan 1 (bir) ədəd “Toz-34P” markalı, 12 çaplı, Y ******* nömrəli, yivsiz qoşa lüləli ov tüfəngi İsmayıllı rayon Göytəpə kənd sakini Şəxs məxsusdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvət Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 yanvar 2022-ci il tarixli, G-HM/4522-009 saylı məktubundan görünür ki, Şəxs 5 (beş) ədəd çöl göyərçinini qanunsuz olaraq ovlaması nəticəsində təbiətə dəymiş ziyanın məbləğinin 27 (iyirmi yeddi) manat 50 qəpik manat təşkil etməsi qeyd edilmişdir. İsmayıllı rayon X2 Qrupunun təhqiqatçısı Səfa Əsgərovun 18 fevral 2022-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri üzrə inzibati tədbir görülməsinin təmin edilməsi üçün İsmayıllı rayon Polis Şöbəsinin X1 göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 258.1-ci maddəsinə əsasən lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş vaxtda, qadağan edilmiş alət və üsullarla ov etmə xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyəti yaranır. Həmin maddənin Qeyd hissəsində göstərilir ki, “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 27.5-ci maddəsinə əsasən əsas dolanacaq mənbəyi ov olan fiziki şəxslərin ov hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəxs ovçuluq bileti olmamış, özünün də etiraf etdiyi kimi, ov onun əsas dolanacaq mənbəyi deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov hüququnun məhdudlaşdırılması inzibati tənbehinin tətbiq edilməsinə hər hansı maneə yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov hüququnun məhdudlaşdırılması inzibati tənbehinin tətbiq edilməsini, habelə, məsuliyyəti yüngülləşdirən halı və törədilmiş inzibati xəta nəticəsində dəymiş maddi zərərin az əhəmiyyətli olmasını nəzərə alaraq ov hüququnun məhdudlaşdırılması inzibati tənbehinin həmin maddədə müəyyən edilmiş aşağı həddə - 1 (bir) il müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində əlavə tənbeh növü kimi müəyyən edilmiş, “inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə” ifadəsi inzibati tənbeh növü kimi cərimə tətbiq edildiyi hallara şamil edildiyindən, hazırki iş üzrə isə Şəxs barəsində ov hüququnun məhdudlaşdırılması inzibati tənbehi tətbiq edildiyindən məhkəmə hesab edir ki, Şəxs məxsus olan ov silahının müsadirə edilib-edilməməsi məsələsi müzakirə olunmamalı, 1 (bir) ədəd “Toz-34P” markalı, 12 çaplı, Y ******* nömrəli, yivsiz qoşa lüləli ov tüfəngi Şəxs özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27, 32, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən ov hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılsın. İsmayıllı rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd “Toz-34P” markalı, 12 çaplı, Y ******* nömrəli, yivsiz qoşa lüləli ov tüfəngi Şəxs özünə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-98/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-98/2022
23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver