Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-99/2024 05.03.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X2 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxx 1989-cu il tarixdə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İsmayıllı rayonu Mican kəndində yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 06 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli 2(001)-446/2020 saylı qətnaməsinə əsasən Şəxs 09 sentyabr 2019-cu ildən başlayaraq 06 iyul 2015-ci il təvəllüdlü X5 və 01 iyun 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 160 (yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat məbləğində aliment tutularaq Əliyeva (Babayeva) Sahilə Həzirət qızına ödənilməsi qət edilmişdir. İş üzrə icra vərəqəsi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan cəmi 13743 (on üç min yeddi yüz qırx üç) manat pul ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 20 fevral 2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs hazırki günədək 13743 (on üç min yeddi yüz qırx üç) manat məbləğində borcu yaranmışdır. Şəxs çağırışlara gəlməmiş və barəsində axtarış qərarı qəbul edilmişdir. Şəxs 20 fevral 2024-cü il tarixdə polis vasitəsi ilə şöbəyə gətirilmişdir. Həmçinin Şəxs yaşadığı ünvanı da gizlətdiyi üçün onun tapılması mümkün olmamışdır. Bununla da, Şəxs icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs izahat verərək göstərdi ki, maddi imkanı olmadığı üçün təyin olunmuş aliment məbləğini tam şəkildə ödəyə bilmir. Maddi imkanı daxilində ödənişlər edir. Hazırda 13743 (on üç min yeddi yüz qırx üç) manat aliment borcu vardır. Həmin borcundan 500 (beş yüz) manat ödəniş edə bilər. Bundan artıq ödəniş etməyə maddi imkanı çatmır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs 2023-cü ilin mart ayında məhkəmə iclasında hər ay aliment məbləğindən 400-500 manat məbləğində ödəniş edəcəyini vəd etmiş və şikayətçi olmadığı üçün işin icraatına xitam verilmişdir. Həmin vaxtdan sonra Şəxs verdiyi vədə əməl etməmiş və borcundan ödəniş etməmişdir. Şəxs ona ödəmək istədiyi 500 (beş yüz) manat məbləğini qəbul etmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 3(037)-98/2023 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 20 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli 2(001)-446/2020 saylı icra vərəqəsinə əsasən Şəxs tələbkar Zərərçəkmiş şəxs olan 13743 (on üç min yeddi yüz qırx üç) manat məbləğində aliment borcunu ödəməkdən yayınmışdır. Məhkəmə araşdırma zamanı müəyyən edildi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli 2(001)-446/2020 saylı qətnaməsinə əsasən Şəxs 09 sentyabr 2019-cu ildən başlayaraq 06 iyul 2015-ci il təvəllüdlü X5 və 01 iyun 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 160 (yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat məbləğində aliment tutularaq Əliyeva (Babayeva) Sahilə Həzirət qızına ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Şəxs 06 mart 2023-cü il tarixdə barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola baxılarkən məhkəmə iclasında borcundan hər ay 400-500 manat ödəcəyini vəd etsə də, verdiyi vədə əməl etməmişdir. Hazırda Şəxs Zərərçəkmiş şəxs 13743 (on üç min yeddi yüz qırx üç) manat məbləğində aliment borcu vardır. X6 icra məmurunun çağırışlarından yayınmış, yalnız polis vasitəsi ilə onun gətirilməsi təmin olunmuşdur. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 15 (on beş) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 05 mart 2024-cü il tarixdə saat 15:20-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 05 mart 2024-cü il tarixdə saat 15:20-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-99/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-99/2024
05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver