Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-1/2024 16.11.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 sədrliyi, k1 kаtibliyi ilə, Şəxs Alihəsın oğlunun Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində olan inzibati materiala açıq məhkəmə iclasında bахаrаq MÜƏYYƏN ЕTDİ: Şəxs Alihəsın oğlunun Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində olan inzibati materialdan görünür ki, o, Yardımlı rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli, 2(038)-613/2018 nömrəli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə tabe olmamaqla icra sənədinin icrasını təmin etməmişdir. Bununla da o, Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşin məhkəmə baxışı 14 noyabr 2023-cü, 16 noyabr 2023-cü, 23 noyabr 2023-cü və 30 noyabr 2023-cü il tarixlərə təyin edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Alihəsın oğluna işin baxılması yeri və vaxtı barədə rəsmi məlumat verilmişdir. Şəxs Alihəsın oğlunun 16 noyabr 2023-cü il tarixdə məhkəmə iclasına gətirilməsi barədə Yardımlı rayon Məhkəməsi 14 noyabr 2023-ü il tarixdə qərardad qəbul etmiş və icrası Yardımlı rayon Polis Şöbəsinə həvalə edilmişdir. Lakin o, qeydiyyatda olduğu Yardımlı rayonu Alar kəndində olmadıği üçün məhkəməyə gətirilməsi təmin edilməmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsinin 104.1.1 və 114.1.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Alihəsın oğlunın barəsində inzibati xəta haqqında iş üzrə icraat Yаrdımlı rаyоn Məhkəməsinın 14 dekabr 2023-cü il tarixli, 3(038)-204/2023 nömrəli qərarı ilə dayandırılmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılmasına səbəb olmuş halların aradan qaldırılması, yəni Şəxs Alihəsın oğlunun məhkəməyə gəlməsi və ya gətirilməsi barədə məhkəmənin qərardadının icrası üçün tədbirlər görülmüşdür. Belə ki, iş materiallarına əlavə edilmiş Yardımlı rayon Məhkəməsinin Yardımlı rayon Polis Şöbəsinə ünvanlanmış məktubların surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Alihəsın oğlunın məhkəməyə gəlməsnin təmin etilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə bildirişlərinin surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Alihəsın oğlunın barəsində olan inzibati mаtеriаla baxılması üçün onun məhkəməyə gəlməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Yardımlı rayon Polis Şöbəsinin və Yardımlı rayon İHBnin Alar inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışında Şəxs Alihəsın oğlunın qeydiyyatda olduğu Yardımlı rayonu ərazisində olmadığı qeyd edilmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsinə əsasən; - inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz (38.5-ci mad.). - bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (53.0.6-cı mad.). - bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilir (104.8-ci mad.) -bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (105.1-ci mad.) Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Alihəsın oğlunın inzibati xəta törətdiyi vaxtdan bir il keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.5, 53.0.6 və 105.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Alihəsın oğlu Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə törətdiyi inzibati xətaya görə müddətin keçməsi səbəbindən məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №3(038)-1/2024
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-1/2024
16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver