Məhkəmə qərarları › İş №3(038)-108/2023

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-108/2023

24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-108/2023 24.06.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ Yardımlı Rayon Məhkəməsinin hakimi H1 sədrliyi, Quliyev Tahir Binyatali T1katibliyi, Yardımlı rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1964-cü ildə Yardımlı rayonu, Vəlixanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evlı, işsiz, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu, Vəlixanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Yardımlı rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı Rayon Polis Şöbəsindən daxil olmuş 24 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 may 2023-cü il tarixdə, saat 11 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ağac parçası ilə vuraraq ona müxtəlif bədən xəsarəti yetirmişdir. Bununla da vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yardımlı rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X2 göstərdi ki, 14 may 2023-cü il tarixdə Yardımlı rayonu, Vəlixanlı kənd sakini Şəxs AR DİN-ni 102 XZM-nə məlumat məlumatı əsasında Yardımlı rayon X4 Qrupunda təhqiqat aparılmış, toplanmış materiallar üzrə vətəndaşlar Şəxs və Zərərçəkmiş şəxs əməllərində cinayət tərkibi olmadığından onların barələrində cinayət işinin başlanması rədd edilmiş, əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu üçün qərarın surəti inzibati qaydada tədbir görülməsi üçün Yardımlı rayon X6 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. 24 iyun 2023-cü il tarixdə, Şəxs və Zərərçəkmiş şəxs barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həm tarixdə üzrə toplanmış inzibati xəta haqqında materiallar aidiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, 14 may 2023-cü il tarixdə ona məxsus xırda buynuzlu heynavların Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə girdiyinə görə aralarında mübahisə yaranmış, Zərərçəkmiş şəxs onu söyüb təhqir etmiş və ağacla onun sağ qoluna vurmuşdur. O, Zərərçəkmiş şəxs vurmamışdır. Məhkəmə iclаsındа Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 14 may 2023-cü il tarixdə yaşadığı evin həyətində iş görən zaman həmkəndlisi Şəxs xırdabuynuzlu heyvanları bir neçə dəfə onların həyətyanı sahəsinə daxil olmuş, o, da heyvanları bayıra çıxartmışdır. Sonuncu dəfə heyvanları həyətdən çıxaran zaman həmkəndlisi Şəxs görmüş, heyvanlarının həyətə girdiyinə görə Salehə iradını bildirmişdir. Bu səbəbdən Şəxs onu söyüb təhqir etmiş və əlindəki ağaçla onu vurmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan Yardımlı rayon X5 Qrupunun baş müstəntiqi, polis mayoru X3 tərəfindən qəbul edilmiş 21 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, toplanmış materiallar üzrə vətəndaşlar Şəxs və Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsinin tərkibi olduğu üçün qərarın surəti inzibati qaydad tədbir görülməsi üçün Yardımlı rayon X6 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İş materiallarında olan Yardımlı rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X1 tərtib etdiyi 24 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya elmi-təcrübi və tədris birliyinin canlı şəxsin ekspertizası barədə 30 may 2023-cü il tarixli, 40 nömrəli ekspert rəyinin surətindən görünür ki, 1992-ci ildə doğulmuş vətəndaş Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarət-sağ yuxarı ətrafin said hissəsi nahiyyələrinin qançırı bərk küt əşyanın /əşyaların/ təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən vaxta, yəni 14 may 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal yoxdur. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 53, 43, 48-51, 105, 114,115,117, 128-130-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın icrası Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilərmaddəsi ilə olan Sədrlik edən H1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar