Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-110/2025 21.02.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1978-ci ildə Yardımlı rayonu Köryədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, kərdi sahibkarlıqla məşğul olan və ibtidai sinif müəllii vəzifəsində işləməyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu Köryədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 428.7.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Yardımlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs vəzifəli şəxs - sahibkar kimi Yardımlı şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən «24 saat market» adlı obyektinin açıq məkanda reklam yayımının dayandırılması barədə göstərişi 5 gün ərzində icra etmədiyinə görə X3 İdarəsi tərəfindən onun barəsində İXM-nin 428.7.3-cü maddəsi ilə 31 yanvar 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, Bakı şəhərində olan zaman Dövlət X1 Regional Reklam İdarəsinin nümayəndəsi ona telefonla zəng etmiş və dükanda vurulmuş reklamla əlaqədar 36 manat rüsum ödəməsini bildirmişdir. Həmin əməkdaşdan reklamın rüsumunun hansı qaydalara uyğun ödənildiyini soruşanda, ona təqribən 36 manat olduğunu bildirmişlər. O araşdıraraq öyrənmişdir ki, onun reklama görə ödəyəcəyi məbləğ təxminən 20-25 manat olmalıdır. 10- 15 gün sonra Bakı şəhərindən gəlmiş, həmin əməkdaşla telefon vasitəsilə danışaraq dükanında olan «MİLLİÖN» aparatından ödəniş etmək istəsə də, ona mütləq «E- Manat»dan ödəniş etməsini bildirmişlər. Yardımlı şəhərində «E-Manat» ödəniş terminalı olmadığından bank vasitəsi ilə ödəniş etmək istəmiş, lakin sonra «E-manat» aparatının olduğunu öyrənmiş və fevral ayında 36 manat ödəniş etmişdir. Bu səbəbdən 2-3 gün də yubanmışdır. O, reklan idarəsinin əməkdaşlarındanın dedikləri məbləğdən narazı olduğuna görə ödəniş yubanmışdır. Səhlənkarlıq etmiş, səhvinn başa düşmüşdür, göstərdiklərini nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarına Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Şəxs izahatını dinləyərək, inzbati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, vəzifəli şəxs Şəxs İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə sübuta yetirilmiş hesab edilir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan: 01 №-li xx.xx.2024-cü il tarixli Akt və 11-3-6/2-955/2024 saylı xx.xx.2024-cü il tarixli Göstərişdən örünür ki, müvafiq icazə sənədləri olmadan Yardımlı şəhəri, H.Əliyev prospektində yerləşən və fəaliyyət göstərən «24 saat market» obyektində açıq məkanda qanunsuz reklam yayımı həyata keçirildiyi aşkar edilmiş və yayımın 5 gün ərzində dayandırılması barədə obyektin sahibi Şəxs göstəriş göndərilmişdir. Əks təqdirdə İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirləri tətbiq olunacağı izah olunmuşdur. Qəbzdən görünür ki, qeyd olunan göstəriş Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə alınmışdır. 31 yanvar 2025-ci il tarixli 01 saylı Baxış aktından görünür ki, X3 İdarəsinin reklam fəaliyyətinin manitorinqi şöbəsinin əməkdaşları tərəfindən 24 dekabr 2024-cü il tarixli göstərişin yerinə yetirilib-yetirilməməsini yoxlamaq məqsədilə baxış keçirilmiş və baxış zamanı göstərişin icra olunmadığı qanunsuz reklam yayımının dayandırılmadığı müəyyən olunmuşdur. 31 yanvar 2025-ci il tarixli imtina aktından görünür ki, «24 saat market» obyektində açıq məkanda qanunsuz reklam yayımının aşkar edilməsi haqqında tərtib edilmiş baxış aktını, inzibati xəta haqqında protokolu sahibkar Şəxs qəbul etməkdən imtina etmişdir. İnternet vergi idarəsinin portalından çıxarışdan görünür ki, Şəxs sahibkar kimi 6 saylı Vergilər Departamentində qeydiyyatdadır. X3 İdarəsinin Reklam Fəaliyyətinin Manitorinqi şöbəsi tərəfindən İXM-nin 428.7.3-cü maddəsi ilə tərtib olunmuş 31 yanvar 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs vəzifəli şəxs kimi Yardımlı şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən «24 saat market» obyektinin müvafiq icazə sənədləri olmadan açıq məkanda qanunsuz reklamlar yayımının dayandırılması barədə göstərişi 5 gün ərzində icra etməmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri mövcud qanunvericiliyin tələbləri ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 428.7.3-cü madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirilir. Belə ki, İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 17-ci maddəsinin tələbinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə görə «Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.» «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1. reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. Həmin Qanunun 26.2-1 və 26.2-2-ci maddələrinin tələblərinə görə Açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin və reklama dair texniki şərtlər pasportunun formasını, icazə müqaviləsinin formasını və bağlanılma qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 26.2-2-ci maddəsinə əsasən reklam yayıcısı, həmçinin: 26.2-2.1. reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır; 26.2-2.2. reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın istifadəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq müqavilədən irəli gələn məbləği həmin quruma ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi» Qaydalarının 1.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix- Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən (bundan sonra – müvafiq qurum) həyata keçirilir. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Həmin Qaydaların 3.7-ci maddəsinə müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. İXM-nin 428.7.3-cü maddəsində müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan hüquq normalarını hazırki işin faktiki halları ilə müqayisəli şəkildə təhlil etdikdə müəyyən olunur ki, 24 dekabr 2024-cü il tarixdə X3 İdarəsinin reklam fəaliyyətinin manitorinqi şöbəsinin əməkdaşları tərəfindən Yardımlı şəhəri, H.Əliyev prospektində Şəxs fəaliyyət göstərdiyi «24 saat market» obyektində açıq məkanda reklam haqqında mövcud qanunvericiliyin pozulması reklam lövhəsinin mövcudluğu aşkar edilmiş, buna görə də həmin tarixdə vəzifəli şəxsə açıq məkanda qanunsuz reklam yayımının aradan qaldırılması ilə əlaqədar Göstəriş göndərilmiş və o 07 yanvar 2025-ci il tarixdə göstərişi qəbul etmişdir. Bundan sonra sahibkar tərəfindən 5 gün ərzində həmin halların aradan qaldırılıb-qaldırılmamasının yoxlanılması üçün İdarənin əməkdaşları tərəfindən yenidən 31 yanvar 2025-ci il tarixdə baxış keçirilmiş və reklam yayımının dayandırılmadığı, yəni göstərişin icra edilmədiyi müəyyən edilmişdir. Bununla da Şəxs İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-nin: 428.7.3-cü maddəsinin sanksiyasına görə həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməlin törədilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, iş materiallarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran halallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, vəzifəli şəxs Şəxs İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(038)-110/2025
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-110/2025
21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver