Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-112/2025 16.02.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayonu polis şöbəsinin DYPB-nin YPXİ-nin polis baş serjantı X1 iştirakı ilə, xx xxxx 1980-ci ildə Yardımlı rayonu Gavran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu Gavran kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 329.3 və 332.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 15 fevral 2025-ci il tarixdə saat 20:05-də UAZ 3303-01 yük markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili Yardımlı şəhərində işıq cihazlarından, səs siqnallarından istifadə qaydalarını pozduğuna və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyinə görə Şəxs barəsində İXM-nin 329.3 və 334.1-ci maddələri ilə AP ******* №-li xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. İXM-nin 329.3-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından tərtib edilmiş inzibati xəta haqqında protokola həmin hissədə qiymət verilməsini istisna edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yardımlı rayonu polis şöbəsinin DYPB-nin YPXİ-nin polis baş serjantı X2 bildirmişdir ki, 15 fevral 2025-ci il tarixdə saat 20:05 radələrində Yardımlı şəhəri, H.Əliyev prospektində idarə etdiyi UAZ 3303-01 yük markalı ** BD *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini işıq cihazlarından istifadə qaydalarını pozmaqla idarə etdiyinə görə saxlanılmış, yoxlama zamanı Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 329.3 və 334.1-ci maddələri ilə 15 fevral 2025-ci il tarixli AP ******* saylı protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 15 fevral 2025-ci il tarixdə yaşadığı kənddə spirtli işki qəbul etdikdən sonra qardaşı oğluna məxsus UAZ 3303-01 yük markalı ** BD *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə siqaret almaq üçün Yardımlı şəhərinə getmiş, polis əməkdaşları onu saxlamışdır. Hərəkətindən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Göstərdiklərini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 15 fevral 2025-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 fevral 2025-ci il tarixdə, saat 20 radələrində UAZ 3303-01 yük markalı ** BD *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş halda idarə etməsi müəyyən edilmişdir. 15 fevral 2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 0,791 promil alkoqol sərxoşluğu vardır. Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı inzibati xəta haqqında protokolla, habelə işə əlavə edilmiş digər sənədlər ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 334.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-nin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətinin yüngülləşdirən hallardır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı bə məsuliyyətiini ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500(beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10(on) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(038)-112/2025
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-112/2025
16.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver