Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-116/2023 13.07.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X10 sədrliyi, Məhkəmənin iclas katibi T1 katibliyi, Yardımlı rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin inspektoru polis serjantı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə, 04 iyul 1971-ci ildə Yardımlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evlı, "xxxx" MMC-nin Yardımlı filalında işləyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yardımlı rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş 07 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı şəhər sakini X6 25 iyun 2023-cü il tarixdə saat 20 radələrində idarə etdiyi Mersedes markalı 99FL843 dövlət qeydiyyat nişanlı avtomobilə yol hərəkəti qaydalarına riayət etmədiyinə görə ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, Yardımlı rayonu polis şöbəsinin əməkdaşı X1 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərdi ki, 25 iyun 2023-cü il tarixdə saat 20 radələrində idarə etdiyi Mersedes markalı 99FL843 dövlət qeydiyyat nişanlı avtomobilə Yardımlı şəhərində yerləşən Şəhidlər Xiyabanının yanından manevr edərək, evə doğru hərəkət etmişdir. Yardımlı şəhərində yerləşən Halal marketin yanında yol tixac olduğundan avtomobili dayandımış, bu vaxt yol polisi əməkdaşı xidməti avtomobillə arxadan yaxınlaşaraq ona saxlama işarəsi verdiyini, lakin saxlamadığı bildirmişdir. O, polis əməkdaşını görmədiyini və bu səbəbdən avtomobili saxlamadığını bildirmişdir. Sonra avtomobili sürüb evə getmişdir. Yardımlı rayonu polis şöbəsinin əməkdaşları ilə aralarında heç bir narazılıq olmamış və hər hansı tabesizlik göstərməmişdir. Göstərdiklərini nəzərə alaraq onun barəsində olan inzibati materiala xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yardımlı rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin inspektoru X7 ifadə verərək göstərdi ki, 25 iyun 2023-cü il tarixdə saat 20 radələrində təyin edilmiş diklokasiya üzrə Yardımlı rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin baş inspektoru X4 ilə Yardımlı şəhərində yerləşən Şəhidlər Xiyabanının qarşısında xidmətdə olarkən, hərəkətdə olan Mersedes markalı 99FL843 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü manevr qaydalarını pozduğuna görə saxla işarəsi vermiş, lakin sürücü onların tələblərinə məhəl qoymayaraq hərəkəti davam etdirmişdir. Sonra xidməti avtomobillə həmin avtomobilin arxasınca hərəkət etmişlər, Yardımlı şəhərində yerləşən Halal marketin yanında hərəkət zolağında tıxac olduğundan avtomobilin sürücüsü məcbur olub hərəkəti dayandırmışdır. Bu vaxt yaxınlaşaraq sürücünün X6 olduğunu müəyyənləşdirmişlər. Şəxs saxla işarəsinə tabe olmadığını, eyni zamanda onun spirtrli içki qəbul etməsinə əsaslı şübhə olduğundan müayinə olunmasını təklif etmiş, lakin sürücü onları eşitmədiyini və bu səbəbdən avtomobili dayandırmadığı bildirərək, onların qanuni tələblərinə tabe olmayaraq hərəkəti davam etdirərək oradan uzaqlaşmışdır. X2 barəsində protokol tərtib edilərək Yardımlı rayon məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 07 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı şəhər sakini X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 53.2.-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, X3 hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin olması sübuta yetirilmir. Odur ki, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 535.1-ci maddəs ilə olan inzibati icraata xitam verilməlidir. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: X6 barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 535.1-ci maddəs ilə olan inzibati icraata xitam verilsin. Qərar rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətinə Yardımlı rayon məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: X10
Məhkəmə qərarları › İş №3(038)-116/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-116/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver