Məhkəmə qərarları › İş №3(038)-117/2025

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-117/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-117/2025 03.03.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi ilə, xx xxxxx 1990-cı ildə Yardımlı rayonu Vərgədüz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Yardımlı rayonu Vərgədüz kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə Yardımlı rayonu Vərgədüz kəndində Şəxs 1956-cı ildə istehsal olunmuş, 16 kalibrli, tək lüləli, İJ markalı, 003138 nömrəli olan yivsiz ov tüfəngini qanunsuz gəzdirdiyinə görə sonuncunun barəsində İXM-nin 590.2-ci maddəsi ilə 24 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Yardımlı rayonun Vərgədüz kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə şəxsi təsərrüfatındsa olan mal-qaranı Yardımlı rayonu Vərgədüz kəndinin kənarında otarmağa gedərkən vəhşi heyvanalardan qorunmaq məqsədi ilə babasından qalan 1956-cı ildə istehsal olunmuş, 16 kalibrli, tək lüləli, İJ markalı, 003138 nömrəli ov tüfəngini üstündə gəzdirərkən Yardımlı rayonu polis şöbəsinin əməkdaşları ona yaxınlaşmış və ondan ov tüfənginin sənədlərinin olub-olmamasını soruşmuşlar. O, ov tüfənginin heç-bir sənədin olmadığını bildirmişdir. Ov tüfəngini babasından yadigar kimi saxlamışdır. Qanunsuz silah saxladığına görə öz səhvini başa düşmüşdür, törətdiyi əməldən səmimi peşmandır. Şəxs inzibati xəta törətmələri özlərinin etirafedici izahatları ilə yanaşı, iş materialında olan sənədlərlə də təsdiq olunur. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Yardımlı RPŞ-nin xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs üzərindən 1956-cı ildə istehsal olunmuş,16 kalibrli, tək lüləli, İJ markalı, 003138 nömrəli olan yivsiz ov tüfəngi götürülmüşdür. Yardımlı RPŞ-nin xx.xx.2025-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əməlində İXM-nin 590.2-ci maddəsinin tərtkibi olduğundan onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün qərarın surəti Yardımlı RPŞ-ni İTB-nə göndərilmişdir. Yardımlı RPŞ-nin xx.xx.2025-ci il tarixli «inzibati xəta haqqıda işin aidiyyəti üzrə göndərilməsi barədə» qərardaddan görünür ki, Şəxs barəsində tərtib olunmuş inzibatı xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Həmin Qanunun 14-cü maddəsinin İİ hissəsində göstərilir ki, qanun üzrə vərəsəlik hallarında mülki silahı miras almış vərəsənin mülki silahı əldə etmək üçün xüsusi icazəsi yoxdursa, o üç ay ərzində həmin xüsusi icazəni almalıdır. Vərəsə ona miras qalmış mülki silahı əldə etmək üçün xüsusi icazəni almaq istəməzsə və ya ona bu cür xüsusi icazə verilməzsə, o bir ay müddətində həmin silahı ya bağışlamalı, təhvil verməli və ya satmalıdır. İXM-nin 590.2-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə- silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 590.2-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq inzibati xətanın xarakterini və inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini nəzərə almaqla barəsində silah və onun döyüş sursatı müsadirə edilməklə inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İXM-nin 77.3-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş qurtaranadək maddi sübutların saxlanılmasının təmin edilməsi üçün zəruri tədbirlər görməli, habelə inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1956-cı ildə istehsal olunmuş, 16 kalibrli, tək lüləli, İJ markalı, 003138 nömrəli olan yivsiz ov tüfəngi müsadirə edilməklə 80(səksən) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə götürülmüş və Yardımlı rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd 1956-cı ildə istehsal olunmuş 16 kalibrli, tək lüləli, İJ markalı, 003138 nömrəli yivsiz ov tüfəngi müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat anbarına təhvil verilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya şöbəsinə və Yardımlı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar