Məhkəmə qərarları › İş №3(038)-118/2023

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-118/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-118/2023 13.07.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 sədrliyi , Məhkəmənin iclas katibiT1 katibliyi, Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1964-cü ildə Yardımlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Yardımlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə müəyyən etdi: Yardımlı rayon İcra və Probasiya Şöbəsinin 10 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(038)-312/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli, 2(038)-341/2022 nömrəli və 13 sentyabr 2022-ci il tarixli, 2(038)-342/2022 nömrəli icra sənədlər üzrə borclu Şəxs məhkəmə qətnamələrini üzürlü səbəb olmadan icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təqsirli bilərək göstərdi ki, ondan Yardımlı rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(038)-312/2022 nömrəli icra sənədinə əsasən 326.78 manat və 30.40 manat dövlət rüsumu Unibank KB ASC-nin xeyrinə, 18 avqust 2022-ci il tarixli, 2(038)-341/2022 nömrəli icra sənədinə əsasən 4094.42 manat və 60.94 manat dövlət rüsumu Kapital Bank ASC-nin xeyrinə, 13 sentyabr 2022-ci il tarixli, 2(038)-342/2022 nömrəli icra sənədinə əsasən 6000 manat və 81 manat dövlət rüsumu X2 xeyrinə verilməlidir. Daimi iş yeri və maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Hərəkətindən pişmandır və söz verir ki, borcunu tezliklə ödəyəcəkdir. Göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, borclu Şəxs Yardımlı rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(038)-312/2022 nömrəli icra sənədinə əsasən 326.78 manat və 30.40 manat dövlət rüsumu Unibank KB ASC-nin xeyrinə, 18 avqust 2022-ci il tarixli, 2(038)-341/2022 nömrəli icra sənədinə əsasən 4094.42 manat və 60.94 manat dövlət rüsumu Kapital Bank ASC-nin xeyrinə, 13 sentyabr 2022-ci il tarixli, 2(038)-342/2022 nömrəli icra sənədinə əsasən 6000 manat və 81 manat dövlət rüsumu X2 xeyrinə verilməsi barədə şöbənin icraatına icra sənədləri daxil olmuş və icra sənədlərinin icrası üçün qanuni tədbirlər görülmüşdür. Lakin borclu Şəxs iş yeri və maddi imkanı olmadığını bəhanə gətirərək icra sənədlərinin icrasını bu günədək təmin etməmişdir. Bu səbəbdən Şəxs barəsində protokol tərtib edilmiş və Yardımlı rayon Məhkəməsinə təqdim edilmişdir. Şəxs ümumi borcu 10293.64 manatdır. İş materiallarında olan 10 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(038)-312/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli, 2(038)-341/2022 nömrəli və 13 sentyabr 2022-ci il tarixli, 2(038)-342/2022 nömrəli icra sənədləri üzrə borclu Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə tabe olmamaqla icra sənədlərinin icrasını təmin etməmiş, Şəxs ümumi borcu 10293.64 manat təşkil edir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. İnzibati xəta tərətmiş şəxs Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xəta tərətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 31.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8(səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 13 iyul 2023-cü il tarixdən, saat 09:45-dən hesablansın. Qərarın icrası Yardımlı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar