Məhkəmə qərarları › İş №3(038)-119/2023

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-119/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-119/2023 13.07.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X6 sədrliyi , Məhkəmənin iclas katibi T1 katibliyi, Yardımlı rayonu polis şöbəsinin DYPB yol patrul xidmətinin baş inspektoru polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Yardımlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Yardımlı rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, müəyyən etdi: Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş 12 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı şəhər sakini Şəxs 12 iyul 2023-cü il tarixdə saat 22 radələrində radələrində xırda xuliqanlıq hərəkətləri törətməklə ictimai qaydanı pozmuş və Yardımlı rayonu polis şöbəsinin əməkdaşı X1 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilib izahat verərək göstərdi ki, 12 iyul 2023-cü il tarixdə saat 22 radələrində tanışı X3 ilə spirtli içki qəbul etdikdən sonra Yardımlı rayon polis şöbəsinin qarşısına gəlmişlər, polis şöbəsinin qarşısında ucadan danışdığına görə polis əməkdaşları ilə aralarında mübahisə yaranmış və onun barəsində protokol tərtib edilmişdir. Yardımlı rayonu polis şöbəsinin əməkdaşı X2 ilə aralarında heç bir narazılıq olmamış və hər hansı tabesizlik göstərməmişdir. Törətdiyi əməldən səmimi peşimandır və söz verir ki, bir daha belə hərəkətlərə yol verməycəkdir. Göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Belə ki, Yardımlı rayonu polis şöbəsinin DYPB yol patrul xidmətinin baş ispektoru polis leytenantı X2 məhkəmə iclаsındа izahat verərək göstərdi ki, 12 iyul 2023-cü il tarixdə saat 22 radələrində Yardımlı rayon polis şöbəsinin qarşısında iki nəfər şəxsin uçadan ünvansız söyüşlər söydüyünü görmuşdür. Onları intizama dəvət edərək sakitləşdirmək istəmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Onları intizama dəvət etmiş, lakin Şəxs və X3 öz qanunazidd hərəkətlərini davam etdirərək, polis şöbəsinin qarşısında səsküy salmaqla ictimai qaydanı pozmuşlar, onun qanuni tələblərinə əməl etməmişlər. Həmin şəxslər Yardımlı rayon polis şöbəsinin inzibati binasına aparılaraq barələrində protokol tərtib edilmişdir. İş materiallarında olan 12 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı şəhər sakini Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır, onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yaradan təqsirinin olmadığı müəyyən olunur. Belə ki, iş materiallarından, eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və X1 məhkəmə iclasında verdikləri ifadələrdən məlum olur ki, Şəxs xırda xuliqanlıq hərəkətləri törətməklə ictimai qaydanı pozmuş, lakin polis əməkdaşlarının qanuni tələblərinə hər hansı tabesizlik etməmişdir. İş materiallarında olan 12 iyul 2023-cü il tarixli AZA 007606 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Yardımlı şəhər sakini Şəxs 12 iyul 2023cü il tarixdə saat 22:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Yardımlı rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin 13 iyul 2023-cü il tarixli, 7-240/1 saylı məktubundan görünür ki, Şəxs 12 iyul 2023-cü il tarixdə sərxoşluğun müəyyən olunması üçün tibbi müayinə olunmuş və ona sərxoş diaqnozu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32.3-cü maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs törətdiyi əməldən səmimi peşman olması, onun əməlində məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs inzibati xətanı sərxoş halda törədilməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 535.1-ci maddəs ilə olan inzibati icraata xitam verilməlidir. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 510 maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 535.1-ci maddəs ilə olan inzibati icraata xitam verilsin. İnzibati həbs etmənin əvvəli 12 iyul 2023-cü il tarixdən, saat 22:30-dan hesablansın. Qərarın icrası Yardımlı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar