Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-121/2023 20.07.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 sədrliyi, Quliyev T1 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1993-cü ildə Yardımlı rayonu Avaş kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, barəsində Yardımlı rayon məhkəməsini 01 sentyabr 2022-ci il tarixli, 3(038)-168/2022 nömrəli qərarı ilə inzibati tənbeh tədbiri tətbiq edilmiş, Yardımlı rayonu Avaş kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yardımlı rayon polis şöbəsindən daxil olmuş 15 iyul 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayonu Avaş kənd sakini Şəxs 14 iyul 2023-cü il tarixdə saat 18 radələrində VAZ 2106 markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyinə görə Yardımlı rayon Polis Şöbəsin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Sənədlərin yoxlanılması və tibbi müayinə zamanı Şəxs bir il ərzində təkrar nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi aşkar olunmuşdur. Bununla da vətəndaş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 14 iyul 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Yardımlı rayonu Avaş kəndində yerləşən kafedə iki bakal pivə qəbul etdikdən sonra bir nəfər polis işçisi ona yaxınlaşaraq onu avtomobillə Yardımlı şəhərinə aparmasını xahiş etmiş və o da kafenin qarşısında saxladığı VAZ 2106 markalı, ** LK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili işə salaraq polis nəfərini Yardımlı şəhərinə gətirmişdir. Yardımlı şəhəri H.Əliyev prospektində təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyinə görə polis əməkdaşları avtomobilini saxlamış və yoxlama zamanı onun nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Sərxoşluq dərəcəsinin yoxlanılması ilə bağlı onu həkim müayinəsinə aparmış və müayinə zamanı onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi aşkar olunmuşdur. Birdə belə hallara yol verməyəcəkdir. Göstərdiklərini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 15 iyul 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 iyul 2023-cü il tarixdə saat 18 radələrində Yardımlı şəhəri, H.Əliyev prospektində idarə etdiyi VAZ 2106 markalı, ** LK *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi müəyyən edilmişdir. İş materiallarında olan 14 iyul 2023-cü il tarixli, 57 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkaqol sərxoşluğu vardır. (Pr.m-1,590) İş materiallarına əlavə edilmiş Yardımlı rayon məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 3(038)-168/2022 nömrəli qərarının sürətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 5 gün müddətə inzibati qaydada həbs edilmişdir. Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı inzibati xəta haqqında protokolla, habelə işə əlavə edilmiş digər sənədlər ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 334.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinə əsasən bu Məcəllənin 334.1-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən hal onun səmimi peşman olmasıdır, inzibati tenbehi ağırlaşdıran hal yoxdur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, səmimi peşmançılığını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 20 iyul 2023-cü il tarixdən, saat 10:30-dan hesablansın. Qərarın icrası Yardımlı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: X1
Məhkəmə qərarları › İş №3(038)-121/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-121/2023
20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver