Məhkəmə qərarları › İş №3(038)-122/2023

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-122/2023

10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-122/2023 10.08.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X9 Xanoğlan oğlunun sədrliyi , Məhkəmənin iclas katibi T1 katibliyi, Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx xxxxxx 1984-cü ildə Yardımlı rayonu Urakəran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu Urakəran kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Yardımlı rayon icra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yardımlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 17 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, 2(038)-85/2019 nömrəli icra sənədi üzrə borclu Şəxs məhkəmə qətnaməsini üzürlü səbəb olmadan icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərdi ki, Yardımlı rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, 2(038)-85/2019 nömrəli icra sənədinə əsasən ondan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 100 (bir yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment X4 xeyrinə verilməlidir. İşləmək üçün Rusiya Federasiyasına getdiyindən aliment borcunu vaxtında ödəyə bilməmişdir. 2023-cü ilin iyul ayında Azərbaycan Respublikasına qayıtmışdır. Barəsində protokol tərtib edildikdən sonra 3000 manat, 10 avqust 2023-cü il tarixdə isə 1000 manat aliment borcundan ödəmişdir. Hərəkətindən pişmandır və söz verir ki, qalan aliment borcunu tezliklə ödəyəcəkdir. Göstərdiklərini nəzərə alaraq onun barəsində olan inzibati materiala xitam verilməsini xahiş etdi. Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, borclu Şəxs Yardımlı rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, 2(038)-85/2019 nömrəli icra sənədinə əsasən 21 mart 2005-ci il tarixdə doğulmuş X2 və 05 oktyabr 2006-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay 100 (bir yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq X4 xeyrinə verilməsi barədə şöbənin icraatına icra sənədləri daxil olmuş və icra sənədlərinin icrası üçün qanuni tədbirlər görülmüşdür Lakin borclu Şəxs iş yeri və maddi imkanı olmadığını bəhanə gətirərək icra sənədinin icrasını təmin etməmişdir. Bu səbəbdən Şəxs barəsində protokol tərtib edilmiş və Yardımlı rayon Məhkəməsinə təqdim edilmişdir. Protokol tərtib olunan zaman Şəxs aliment borcu 5600 manat təşkil etmişdir. Borclu Şəxs protokol tərtib edildikdən sonra 3000 manat və 1000 manat aliment borcundan ödəmişdir. İş materiallarında olan 17 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, 2(038)-85/2019 nömrəli icra sənədi üzrə borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə tabe olmamaqla icra sənədinin icrasını təmin etməməsi və Şəxs aliment borcunun 5600 manat olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətlərindən görünür ki, Şəxs protokol tərtib edildikdən sonra 3000 manat və 1000 manat aliment borcundan ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədıkdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Həmin Məcəllənin 114.2.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bır daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə olan inzibati icraata xitam verilməlidir. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı Şəxs barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəs ilə olan inzibati icraata xitam verilsin. Qərar rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətinə Yardımlı rayon məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar