Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-125/2023 27.07.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X10 Xanoğlan oğlunun sədrliyi , T1 katibliyi, Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1974-cü ildə Yardımlı rayonu Alar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu Alar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Yardımlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə müəyyən etdi: Yardımlı rayon İcra və Probasiya Şöbəsinin 26 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qaradağ rayon Məhkəməsinin 25 iyul 2012-ci il tarixli 2(002)-995/2012 nömrəli və 06 noyabr 2019-cu il tarixli 2(002)- 2625/2019 nömrəli icra sənədləri üzrə borclu Şəxs məhkəmə qətnaməsini üzürlü səbəb olmadan icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Qaradağ rayon Məhkəməsinin 25 iyul 2012-ci il tarixli 2(002)-995/2012 nömrəli qərarı ilə ondan bir uşağa hər ay 150 manat aliment alınaraq X3 verilməsi barədə qərar qəbul edilmişdir. İşlə əlaqədar Rusiya Federasiyasına getmiş və bir müddət orada yaşamışdır. 2022-ci ildə Azərbaycana qayıtmış və qayıdandan sonra ona məlum olmuşdur ki, 2019-cu ildə arvadı X1 rayon Məhkəməsinə aliment tələbi ilə əlaqədar müraciət etmiş və ondan hər ay hər bir uşağa 150 manat olmaqla, cəmi 300 manat aliment alınaraq X3 verilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin 2019-cu il tarixli qərarından xəbəri olmamuş və bu səbəbdən aliment borcu yaranmışdır. 2022-ci ilin dekabr ayında 3500 manat, sonra müxtəlif aylarda 240-300 manat məbləğində ödənişlər etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 250 manat və bu gün, yəni 27 iyul 2023-cü il tarixdə isə 1500 manat aliment borcundan ödəmişdir. Əməlindən peşmandır və söz verir ki, yaxın zamanda aliment borcunu tam ödəyəcəkdir. Göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında izahat verərək göstərdi ki, borclu Şəxsdan Qaradağ rayon Məhkəməsinin 25 iyul 2012-ci il tarixli 2(002)-995/2012 nömrəli icra sənədləri üzrə hər ay 150 manat, 06 noyabr 2019-cu il tarixli 2(002)-2625/2019 nömrəli icra sənədləri üzrə hər ay hər bir uşağa 150 manat olmaqla, cəmi 300 manat aliment alınaraq X2 xeyrinə verilməsi barədə şöbənin icraatına icra sənədləri daxil olmuş və icra sənədlərinin icrası üçün qanuni tədbirlər görülmüşdür. Lakin borclu Şəxs iş yeri və maddi imkanı olmadığını bəhanə gətirərək icra sənədinin icrasını bu günədək tam təmin etməmiş və 5600 manat aliment borcu yaranmışdır. Bu səbəbdən Şəxs barəsində protokol tərtib edilmiş və Yardımlı rayon Məhkəməsinə təqdim edilmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə 250 manat, 27 iyul 2023-cü il tarixdə isə 1500 manat aliment borcundan ödəmişdir. İş materiallarında olan 26 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qaradağ rayon Məhkəməsinin 25 iyul 2012-ci il tarixli 2(002)-995/2012 nömrəli və 06 noyabr 2019-cu il tarixli 2(002)-2625/2019 nömrəli icra sənədləri üzrə borclu Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə tabe olmamaqla icra sənədinin icrasını təmin etməmişdir. Protokol tətib olunan zaman Şəxs aliment borcu 5600 manat təşkil etmişdir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətlərindən görünür ki, Şəxs aliment borcundan xx.xx.2023-cü il tarixdə 250 manat, 27 iyul 2023-cü il tarixdə isə 1500 manat ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs əməlindən səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirici halları nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:X10
Məhkəmə qərarları › İş №3(038)-125/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-125/2023
27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver