Məhkəmə qərarları › İş №3(038)-125/2024

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-125/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-125/2024 02.05.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 sədrliyi, X2 katibliyi, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Yardımlı rayonu Avaş kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Yardımlı rayonu Avaş kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 329.1 və 333-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Yardımlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Vaz 21063 minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili Yardımlı-Deman-Arvana yolunda psixotrop maddənin qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətində idarə etdiyinə görə onun barəsində İXMnin 329.1 və 333-1.1-ci maddələri ilə AP ******* №-li xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. İXM-nin 329.1-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından tərtib edilmiş inzibati xəta haqqında protokola həmin hissədə qiymət verilməsini istisna edir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs törətdiyi əməldən peşiman olub, bir daha belə əməllərə yol verməyəcəyini bildirmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan: xx.xx.2024-cü il tarixli 000544 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, Şəxs amfetamin (AMP)-pozitiv aşkar edilmişdir. Yardımlı rayon İHB-nin Avaş inzibati ərazi dairəsi üzrə nümayədəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Şəxs ərazidə müsbət xarakterizə olunur. Yardımlı rayon İHB-nin Avaş inzibati ərazi dairəsi üzrə nümayədəliyinin 18 aprel 2024-cü il tarixlli arayıından görünür ki, Şəxs himayəsində pensiyaçı anası, evdar qadın arvadı, azyalı uşağı və məktəbli-bacısı oğlu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Vaz 21063 minik markalı **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Yardımlı-Deman-Arvana yolunda psixotrop maddənin qəbulu nəticəsində yaranan sərxoşluq vəziyyətində idarə etmişdir. İXM-nin 333-1.1-ci maddəsinə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafedici izahatı ilə yanaşı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 32.2 və 55.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən Şəxs əməlini etiraf edib peşiman olmasını, himayəsində azyaşlı uşağının olması və ilk dəfə inzibati xəta törətməsini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600(altı yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar