Məhkəmə qərarları › İş №3(038)-128/2024

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-128/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-128/2024 01.05.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X9 oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Yardımlı rayonu, Gügəvar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Yardımlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-102/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə tanınmış Rusiya Federasiyası Ryazan Vilayəti Sasovsk məhkəmə rayonunun 26 saylı məhkəmə sahəsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə dair icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yetirməyərək yaranmış təqribən 6500 manat aliment borcunu qəsdən ödəmədiyinə görə Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Həmzəyev tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 01 may 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Rusiya Federasiyası Ryazan vilayəti Sasovsk şəhəri Sasovsk məhkəmə rayonunun 26 saylı məhkəmə sahəsinin xx.xx.2015-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-102/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından məlumatı vardır. Zərərçəkmiş şəxs X2 ayrıldıqdan sonra yenidən nikaha girmişdir. Fəhlə kimi muzda işləyir. Daimi iş yeri və gəliri yoxdur. Yaşlı anası onun himayəsindədir. Maddi imkanı aşağı olduğundan aliment borcunu ödəyə bilməmişdir. Yəni, qeyd olunan aliment borcunu qəsdən deyil, üzrsüz səbəblərdən icra edə bilmir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Yardımlı Rayon İcra Şöbəsinin icra məmuru X6 bildirmişdir ki, Şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-102/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə yaranmış təqribən 6500 manat aliment borcunu icra etməkdən yayınır. İki dəfəyə ümumilikdə 140 manat məbləğində aliment ödəmişdir. İşləməməsini əsas gətirərək aliment öhdəliyindən boyun qaçırır. Alimentin məbləği Yardımlı rayonu üzrə əhalinin həyat səviyyəsi nəzərə alınmaqla orta aylıq əmək haqqı məbləğinə uyğun hesablanmışdır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-102/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı üzrə verilmiş icra sənədindən görünür ki, X3 vəsatəti təmin edilsmiş, iddiaçı X3 cavabdeh Şəxs Əziməli oğluna qarşı aliment tələbinə dair iddiası üzrə Rusiya Federasiyası Ryazan vilayəti Sasovsk şəhəri Sasovsk məhkəmə rayonunun 26 saylı məhkəmə sahəsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin Azərbaycan Respublikasında tanınması və icra olunması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-102/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının təsviri hissisəsindən görünür ki, Rusiya Federasiyası Ryazan vilayəti Sasovsk şəhəri Sasovsk məhkəmə rayonunun 26 saylı məhkəmə sahəsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdeh Şəxs Əziməli oğluna qarşı yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün aliment tutulması tələbinə dair iddiası təmin olunaraq, xx xxx 1971-ci il tarixdə Yardımlı rayonu, Gügavar kəndində anadan olmuş Şəxs Əziməli oğlundan 17 may 2003-cü il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 oktyabr 2014-cü il tarixdən başlayaraq aylıq qazancının və digər gəlirlərinin 1/4 hissəsi həcmində alimentin X5 xeyrinə tutulması qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-102/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-102/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı üzrə icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Bildiriş borclu tərəfindən xx.xx.2019-cu il tarixdə imza edilməklə şəxsən qəbul edilmişdir. Elektron hökumət portalından Çıxarışdan və izahatından görünür ki, Şəxs hər hansı əmək fəaliyyəti ilə məşğul olmur, heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi tutulmuş inzibati xətanın tərkibini yaradır və inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, Şəxs əməlində o halda İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud ola bilər ki, sonuncu icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməsin, yaxud məhkəmə və digər orqanların icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməmiş olsun və ya qərarların icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş olsun, lakin hazırki işin hallarından isə müəyyən olunur ki, Şəxs əməlində qeyd olunan halların mövcudluğu öz təsdiqini tapmır. Belə ki, tərtib edilmiş protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə məhz ona görə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)- 102/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə tanınmış və məcburi qaydada icraya yönəlmiş Rusiya Federasiyası Ryazan vilayəti Sasovsk şəhəri Sasovsk məhkəmə rayonunun 26 saylı məhkəmə sahəsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin icra üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Lakin protokolda icra məmurunun qanuni təlblərinin nədən ibarət olduğu və Şəxs məhz hansı hərəkətləri ilə icra məmurunun tələblərinə əməl etmədiyi öz əksini tapmamış, protokol səhti olaraq tərtib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə Şəxs barəsində tərtib edilmiş 01 may 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol ilə razılaşmır və Şəxs əməlində İXM-nin 528.1ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibinə daxil olan obyektiv cəhətin mövcudluğu sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından Şəxs barəsində İXMnin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar