Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-129/2023 10.08.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1sədrliyi , T1 katibliyi, Zərərçəkmiş şəxs1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1984-cü ildə Yardımlı rayonu Telavar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Televar kənd tam orta məktəbində kompyuter labarant işləyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu Telavar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş 10 avqust 2023-cü il tarixli, MN1691816 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 iyul 2023-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ünvanına ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozan, xırda xuliqanlıq hərəkətləri törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Yardımlı rayon Telavar kəndində yaşayır. Zərərçəkmiş şəxs1 onun əmisidir. Uzun müddətdir ki, aralarında torpaq mübahisəsi vardır. 21 iyul 2023-cü il tarixdə saat 20 radələrində yenə də torpağa görə aralarında mübahisə yaranmış, Zərərçəkmiş şəxs1 onun ünvanına nalayiq söyüşlər söymüş və o da Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 söymüşdür. Səhvini başa düşmüşdür, hərəkətindən peşmandır. Söz verir ki, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Şəxs inzibati xəta törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi izahatı və iş materialları ilə də təsdiq olunur. Belə ki, Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ifadəsində göstərdi ki, Şəxs ilə aralarında torpaq mübahisəsi vardır. 21 iyul 2023-cü il tarixdə saat 20 radələrində aralarında mübahisə yaranmış, Şəxs arvadı Zərərçəkmiş şəxs2 söymüş, Xəyal Tağıyevə iradını bildirərkən Xəyal onu da söymüşdür. Göstərdiklərini nəzərə alaraq Şəxs qanuna müvafiq cəza verilməsini xahiş edir. İş materiallarında olan 10 avqust 2023-cü il tarixli, MN1691816 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayonu Telavar kənd sakini Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan 10 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati xətalar haqqında iş aidiyyəti üzrə Yardımlı rayon məhkəməsinə göndərilmişdir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs əməlindən səmimi peşman olması məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən X1
Məhkəmə qərarları › İş №3(038)-129/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-129/2023
10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver