Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-132/2023 07.09.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X8 sədrliyi , Məhkəmənin iclas katibi T1 katibliyi, Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Yardımlı rayonu Avaş kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Yardımlı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(038)-37/2023 saylı qərarı ilə inzibati tənbeh tədbiri tətbiq edilmiş, Yardımlı rayonu Avaş kəndində qeydiyyatda olan və yaşayan Şəxs Əlgüşat oğlunun barəsində Yardımlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: Yardımlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 21 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli,2(038)-333/2018 nömrəli icra sənədinə üzrə borclu Şəxs Əlgüşat oğlu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə tabe olmamaqla icra sənədinin icrasını təmin etməmişdir. Bununla da Şəxs Əlgüşat oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Əlgüşat oğlu özünü AR İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Yardımlı rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(038)-333/2018 nömrəli icra sənədinə əsasən ondan 01 yanvar 2011-ci il tarixdə doğlumuş X2 və 13 fevral 2013-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməlidir. İcra sənədi üzrə üzərinə düşən məsuliyyəti anlayır və borcunu ödəməkdən imtina etmir. Daimi iş yeri və maddi imkanı olmadığından icra sənədi üzrə öhdəliklərinin icrasını üzrlü səbəbdən gecikdirmişdir. 24 avqust 2023-cü il tarixdə 2000 manat ödəniş etməsini və hər ay aliment borcundan ödəniş edəcəyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, borclu Şəxs Əlgüşat oğlundan Yardımlı rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(038)-333/2018 nömrəli icra sənədinə əsasən 01 yanvar 2011-ci il tarixdə doğlumuş X2 və 13 fevral 2013-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay 100 (bir yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq X4 xeyrinə verilməsi barədə şöbənin icraatına icra sənədləri daxil olmuş və icra sənədlərinin icrası üçün qanuni tədbirlər görülmüşdür Lakin borclu Şəxs Əlgüşat oğlu iş yeri və maddi imkanı olmadığını bəhanə gətirərək icra sənədinin icrasını təmin etməmişdir. Bu səbəbdən Şəxs Əlgüşat oğlunun barəsində protokol tərtib edilmiş və Yardımlı rayon Məhkəməsinə təqdim edilmişdir. Protokol tərtib olunan zaman Şəxs Əlgüşat oğlunun aliment borcu 5907 manat təşkil etmişdir. Borclu Şəxs Əlgüşat oğlu protokol tərtib edildikdən sonra 2000 manat aliment borcundan ödəmişdir. İş materiallarında olan 21 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(038)-333/2018 nömrəli icra sənədi üzrə borclu Şəxs Əlgüşat oğlu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə tabe olmamaqla icra sənədinin icrasını təmin etməməsi və Şəxs Əlgüşat oğlunun aliment borcunun 5907 manat olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzin surətindən görünür ki, Şəxs Əlgüşat oğlu protokol tərtib edildikdən sonra 2000 manat aliment borcundan ödəmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Əlgüşat oğlunun əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, icra sənədi üzrə tələb borclu tərəfindən qismən yerinə yetirilmişdir. Bütün qeyd edilənlər isə borclu Şəxs Əlgüşat oğlu tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə məhkəmə iclasında borclu Şəxs Əlgüşat oğlu tərəfindən, Yardımlı rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(038)-333/2018 saylı icra sənədi icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Bu isə onun tərəfindən AR İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Buna görə də məhkəmə borclu barədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs Əlgüşat oğlunun əməlində AR İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Yardımlı rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(038)-333/2018 nömrəli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs Əlgüşat oğlunun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Əlgüşat oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətinə Yardımlı rayon məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən X8
Məhkəmə qərarları › İş №3(038)-132/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-132/2023
07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver