Məhkəmə qərarları › İş №3(038)-139/2023

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-139/2023

24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-139/2023 24.08.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 Xanoğlan oğlunun sədrliyi , Məhkəmənin iclas katibi T1 katibliyi, Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Yardımlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Yardımlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: Binəqədi rayon Məhkəməsinin 03 avqust 2015-ci il tarixli, 2(001)-8117/2015 nömrəli icra sənədinə üzrə borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə tabe olmamaqla icra sənədinin icrasını təmin etməmişdir. Hazırda Şəxs aliment borcu 12944 manat təşkil edir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, Binəqədi rayon Məhkəməsinin 03 avqust 2015-ci il tarixli, 2(001)-8117/2015 nömrəli icra sənədinə əsasən ondan 05 aprel 2008-ci il tarixdə doğlumuş X4 və 26 aprel 2010-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa 108 manat olmaqla cəmi 216 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 verilməlidir. Başqa qadınla evlənmişdir və iki uşağı vardır. İşlədiyi müddətdə 5 il aliment borcunu ödəmişdir. Lakin hazırda işləmədiyindən, daimi iş yeri və maddi imkanı olmadığından aliment borcunu ödəyə bilməmişdir. Səhvini başa düşmüşdür, hərəkətindən peşmandır. Yuxarıda göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Şəxs inzibati xəta törətməsi özünün etirafedici izahatı ilə yanaşı Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatlarla və iş materialları ilə də təsdiq olunur. Belə ki, Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, Binəqədi rayon Məhkəməsinin 03 avqust 2015-ci il tarixli, 2(001)-8117/2015 nömrəli icra sənədinə əsasən Şəxs 05 aprel 2008-ci il tarixdə doğlumuş X4 və 26 aprel 2010-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa 108 manat olmaqla cəmi 216 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 verilməsi barədə şöbənin icraatına icra sənədləri daxil olmuş və icra sənədlərinin icrası üçün qanuni tədbirlər görülmüşdür. Borclu Şəxs daimi iş yeri və maddi imkanı olmadığını bəhanə gətirərək icra sənədinin icrasını tam təmin etməmiş və aliment borcunu ödəməmişdir. Bu səbəbdən Şəxs barəsində protokol tərtib edilmiş və Yardımlı rayon Məhkəməsinə təqdim edilmişdir. Hazırda Şəxs aliment borcu 12944 manat təşkil edir. İş materiallarında olan 24 avqust 2023-cü il tarixli, MN1057729 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Binəqədi rayon Məhkəməsinin 03 avqust 2015-ci il tarixli, 2(001)-8117/2015 nömrəli icra sənədinə əsasən Şəxs 05 aprel 2008-ci il tarixdə doğlumuş X4 və 26 aprel 2010-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa 108 manat olmaqla cəmi 216 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 verilməlidir. Lakin borclu Şəxs icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə tabe olmamaqla icra sənədinin icrasını təmin etməmişdir. Hazırda Şəxs aliment borcu 12944 manat təşkil edir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs səmimi peşmançılığı əməlində məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirici halları, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 31.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 24 avqust 2023-cü il tarixdən saat 14:30-dan hesab edilsin. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar