Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-14/2023 19.01.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ Yardımlı rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən Bəhmənov habil Xanoğlan oğlunun sədrliyi , Quliyev Tahir Binyatali oğlunun katibliyi, Zərərçəkmiş şəxslər X1 iştirakları ilə, 07 yanvar 2022-ci il tarixdə Cəlilabad rayonu Buravar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Cəlilabad rayonu Buravar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddələri ilə Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad rayonu Buravar kənd sakini Şəxs 21 iyul 2022-ci il tarixdə saat 15 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz 2107 minik” markalı ** TK *** dövlət qeydiyyat nişanlı avtomobillə Yardımlı-Cəlilabad yolunda Cəlilabad rayonu istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq qarşıdan gələn Yardımlı rayon Zövün kənd sakini X5 etibarnamə əsasında idarə etdiyi “Vaz 2101 minik” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticədə X5 idarə etdiyi avtomobildə olan sərnişin X3 başın sol yan tərəfinin üz hissəsi və sol diz nahiyyələrinin əzilmiş yaraları ilə müşayiət olunan sağlamlığa qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər almış və “Vaz 2101 minik” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə maddı ziyan dəymişdir. Bununla da vətəndaş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, 21 iyul 2022-ci il tarixdə saat 15 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi atasına məxsus olan “Vaz 2107 minik” markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobillə Yardımlı-Cəlilabad yolunda Cəlilabad rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Yardımlı rayon Zövün kənd sakini X5 idarə etdiyi “Vaz 2101 minik” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində X5 idarə etdiyi avtomobildə olan sərnişin X3 xəsarət almış və “Vaz 2107 minik” markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobilə maddı ziyan dəymişdir. Səhvini başa düşmüşdür, hərəkətindən peşimandır və zərərçəkmiş şəxslə barışmağa hazırdir, maddi imkanı olmadığından dəymiş zərəri ödəyə bilməmişdir. Heç yerdə işləmir, maddi imkanı pisdir. Yuxarıda göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Yardımlı rayonu Zevin kənd sakini X2 göstərdi ki, 21 iyul 2022-ci il tarixdə qayınatası X5 idarə etdiyi “Vaz 2101 minik” markalı ** BA *** dövlət nömrə nişanlı avtomobillə Yardımlı rayonu Gendərə kəndinə şəxsi işləri ilə əlaqədar getmişlər. Təxminən 30 dəqiqə orada olduqdan sonra geri qayıdarkən Cəlilabad rayonu Buravar kənd sakini Şəxs idarə etdiyi “Vaz 2107 minik” markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobillə onların avtomobillərinin hərəkət zolağına çıxmış və nəticədə avtomobillər toqquşmuşdur. Toqquşma nəticədə o, xəsarət almış və X5 idarə etdiyi “Vaz 2101 minik” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə maddı ziyan dəymişdir. Şəxsla barışmamışlar. Odur ki, inzibati xəta törətmiş şəxs Şəxs qanuna müvafiq cəza verilməsini xahiş etdi. Şəxs inzibati xəta törətməsi onun etirafedici izahatı ilə yanaşı 14 dekabr 2022-ci il tarixlı, AP ******* nömrəli protokol və iş materialları ilə də təsdiq olunur. Belə ki, iş materialında olan sübutların qiymətləndirilməsi barədə qərarın surətindən görünür ki, Cəlilabad Rayon Mərkəzi X7 şəxsin 21 iyul 2022-ci il tarixli 633 nömrəli aktından Şəxs hadisəni törədən zaman sərxoş olmadığı müəyyən edilmişdir. İş materialında olan sübutların qiymətləndirilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM- nin 332.1 və 332.4-cü maddələrinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə Yardımlı rayon PŞ- nin DYPB-nə göndərilmişdir. İş materiallarında olan 14 dekabr 2022-ci il tarixlı, AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 iyul 2022-ci il tarixdə saat 15 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz 2107 minik” markalı ** TK *** dövlət qeydiyyat nişanlı avtomobillə Yardımlı-Cəlilabad avtomobil yolunun Yardımlı rayonu Alçabulaq kəndi ərazisində hərəkət edərkən qarşı istiqamətdə hərəkətdə olan X5 idarə etdiyi “Vaz 2101 minik” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “Vaz 2101 minik” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X2 xəsarət almış və “Vaz 2101 minik” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə maddı ziyan dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsində göstərilir ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta tərətmiş şəxs Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xəta tərətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları və əmlak vəziyyətini, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası çərçivəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 332.1-ci və 332.4-cü maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(038)-14/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-14/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver