Məhkəmə qərarları › İş №3(038)-140/2023

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-140/2023

27.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-140/2023 27.08.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 Xanoğlan oğlunun sədrliyi , Məhkəmənin iclas katibi T1 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1980-ci ildə Yardımlı rayonu Köryədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Yardımlı rayon baytarlıq idarəsində sürücü işləyən, Yardımlı rayonu Köryədi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəi ilə Yardımlı rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə müəyyən etdi: Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş 27 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 avqust 2023-cü il tarixdə saat 23.10 radələrində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə ona saxla əmri vermiş Yardımlı rayonu polis şöbəsinin əməkdaşı Şahid1 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahat verərək göstərdi ki, 25 avqust 2023-cü il tarixdə kafedə az miqdarda spirtli içki qəbul etmiş və idarə etdiyi VAZ 2107 markalı nəqliyyat vasitəsi ilə Sırıq kəndi ərasizində olan bankomatdan pul götürmək üçün getmişdir. Sırıq kəndindən qayıdarkən yolda polis əməkdalarını görməmişdir. Yalnız evdə olarkən polis əməkdaşı ona zəng edərək kəndin mərkəzinə çağırmışdır. O, Polis əməkdaşının yanına gəlmiş və onu polis əməkdaşı Yardımlı rayon Polis şöbəsinə dəvət etmişdir. Yardımlı Rayon Polis Şöbəsində ondan Sırıq kəndindən qayıdarkən polis əməkdaşlarının saxla əmrinə tabe olmamasının səbəbləri barədə izahat verməsi bildirilmişdir. Bildirir ki, o, Sırıq kəndindən qayıdarkən yolda polis əməkdaşlarını görməmişdir. Polis əməkdaşları olsa belə onların qanuni tələblərinə tabe olmamasını qəsdən deyil, yalnız sərxoş vəziyyətdə olduğuna görə və onları görmədiyi üçün nəqliyyat vasitəsini saxlamamışdır. Törətdiyi əməldən səmimi peşimandır və himayəsində azyaşlı uşağı vardır. Söz verir ki, bir daha belə hərəkətlərə yol verməycəkdir. Göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclаsındа şahid Yardımlı rayonu polis şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı Şahid1 izahat verərək göstərdi ki, 25 avqust 2023-cü il tarixdə saat 23:10 radələrində posta xidmət aparan əməkdaşların davamiyyətini və xidmətlərini yoxlamaq məqsədilə **-PE-*** dövlət qeydiyyat nişanlı avtopatrulla PPXT-nun polis serjantı Şahid2 ilə birlikdə gedərkən Sırıq kəndi ərazisində VAZ 2107 markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil sürət həddini aşaraq ziqzaq vari təhlükəli manevrlər etdiyini görmüş, xidməti avtomobilin sayrışan işıqları yandıraraq avtomaşından düşüb saxla əmri vermiş, lakin buna baxmayaraq sürücü avtomobili onun üzərinə sürərək hərəkəti davam etdirmişdir. Bu barədə Yardımlı RPŞ-nin əməliyyat qurupuna və xidmətdə olan YPXB-nun inspektoruna məlumat vermişdir. Sürücü avtomobili idarə edib kənar yerdə gizlətmiş, sonra sürücü aşkar olunaraq Yardımlı RPŞ-yə gətirilmiş və onun Yardımlı rayonu Köryədi kənd sakini Şəxs olduğu və avtomobili sərxoş halda idarə etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclаsındа şahid Yardımlı rayonu polis şöbəsinin PPX-nin polis nəfəri polis serjantı Şahid2 izahat verərək göstərdi ki, 25 avqust 2023-cü il tarixdə saat 23:10 radələrində posta xidmət aparan əməkdaşların davamiyyətini və xidmətlərini yoxlamaq məqsədilə **-PE-*** dövlət qeydiyyat nişanlı avtopatrulla Yardımlı rayonu polis şöbəsinin İTB-nin polis sahə rəisi Şahid1 ilə birlikdə gedərkən Sırıq kəndi ərazisində VAZ 2107 markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil sürət həddini aşaraq ziqzaq vari təhlükəli manevrlər etdiyini görmüşlər, xidməti avtomobilin sayrışan işıqları yandıraraq Şahid1 avtomaşından düşüb saxla əmri vermiş, lakin buna baxmayaraq sürücü avtomobili Şahid1 üzərinə sürərək hərəkəti davam etdirmişdir. Bu barədə Yardımlı RPŞ-nin əməliyyat qurupuna və xidmətdə olan YPXB-nun inspektoruna məlumat vermişlər. Sürücü avtomobili idarə edib kənar yerdə gizlətmiş, sonra sürücü aşkar olunaraq Yardımlı RPŞ-yə gətirilmiş və onun Yardımlı rayonu Köryədi kənd sakini Şəxs olduğu və avtomobili sərxoş halda idarə etdiyi müəyyən olunmuşdur. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. İş materiallarında olan 27 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 26 avqust 2023cü il tarixli 77 nömrəli aktdan görünür ki, Şəxs alkaqol sərxoşluğu vardır. (Pr.m-1,640) İş materiallarında olan 26 avqust 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Yardımlı rayonu Köryədi kənd sakini Şəxs 26 avqust 2023-cü il tarixdə saat 00:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32.3-cü maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs törətdiyi əməldən səmimi peşman olması, onun əməlində məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs inzibati xətanı sərxoş halda törədilməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 7(yeddi) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 26 avqust 2023-cü il tarixdən, saat 00:30-dan hesablansın. Qərarın icrası Yardımlı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar