Məhkəmə qərarları › İş №3(038)-140/2024

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №3(038)-140/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 3(038)-140/2024 23.05.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X2 sədrliyi, K1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Yardımlı rayonu, Zevin kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, N saylı hərbi hissədə hərbu qulluqçu işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 590.1-ci maddəsi ilə tərtib edilmiş, Azərbaycan Respublikası DİN-nin Yardımlı RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış Şəxs mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə Yardımlı RPŞ-nin İTB-nin rəisi polis mayoru X1 tərəfindən Şəxs barəsində İXM-nin 590.1-ci maddəsi ilə 10 may 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində feldşer vəzifəsində xidmət edir, bununla bağlı xidməti vəsiqəsini də məhkəməyə təqdim etmişdir. Hərbi qulluqçunun ******* №-li şəxsi vəsiqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində feldşer vəzifəsində xidmət edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsinin qeyd hissəsində qeyd olunur ki, Bu Məcəllənin 16.3-cü maddəsində «hərbi qulluqçular» dedikdə, müvafiq icra hakimiyyəti orqanının zabit heyəti, gizirləri, miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçuları, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları başa düşülür. İXM-nin 43.4-cü maddəsinə əsasən həmin Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Göründüyü kimi, İXM-nin 43.1-ci maddəsinin tələbi baxımndan İXM-nin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara ümumi məhkəmələrin baxması qeyd olunsa da, həmin Məcəlləni 43.4-cü maddəsində hərbi qulluqçular barəsində olan inzibati xətalara hərbi məhkəmələrin baxmalı olmasına dair imperativ göstəriş müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müddətli həqiqi hərbi xidməti hərbi qulluqçusu olduğu, N saylı hərbi hissədə xidmət etdiyindən və həmin hərbi hissə də Gəncə Hərbi Məhkəməsinin yurisdiksiyasına aid olduğundan Şəxs barəsində İXM-nin 590.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 43.4 və 114.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 10 may 2024-cü il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materialları baxılması üçün aidiyyəti üzrə Gəncə Hərbi Məhkəməsinə göndərilsin. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar