Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-146/2024 13.06.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X17 sədrliyi, K1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Azərbayacan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin yanında X15 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin baş məsləhətçisi-baş əmək müffətişi X4 iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsili, Yardımlı şəhər Kommunal Təsrrüfat idarəsinin sahə rəisi vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin(bundan sonra İXM-nin) 198.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Yardımlı rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə Yardımlı şəhər Kommunal Təsərrüfat İdarəsinin texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş sahə rəisi Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan X1 az ağır zərər vurulmuş, buna görə də Şəxs barəsində Azərbayacan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin yanında X15 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən İXM-nin 198.3-cü maddəsi ilə 14 may 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqan – Azərbayacan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin yanında X15 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin baş məsləhətçisi-baş əmək müffətişi X6 məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2024-cü il saat 08:00 radələrində hadisə ilə bağlı məlumat daxil olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, Yardımlı şəhər Kommunal Təsərrüfat İdarəsinin texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş sahə rəisi Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan X12 xəsarət almış, xəsarətin dərəcəsi tibbi rəyə əsasən az ağır müəyyən edilmişdir. Hesab edir ki, məsul şəxs kimi Şəxs tabeliyində olan işçilərə nəzarət etməli, işçiləri mütəmadi olaraq əməyin mühafizəsi qaydaları ilə bağlı məlumatlandırmalı idi. Bu səbəbdən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin seçilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hadisə baş verdiyi ərazi onların xidmət göstərdiyi əraziyə daxil olmamışdır. X2 əmək vəzifələri küçələrdə təmizlik işlərinin (küçənin süpüülməsi) icra edilməsindən ibarət olmuşdur. Ona idarə və ya birbaşa olaraq onun tərəfindən hər hansı əlavə işlərin görülməsinə dair göstəriş verilməmişdir. Hadisə olan gün, yəni xx.xx.2024-cü il tarixdə yanğın baş vermiş və X12 telefon kabellərini yanğından mühafizə etmək üçün özbaşına, hər hansı göstəriş almadan dirəyə çıxmış və oradan yıxılaraq xəsarət almışdır. Məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş: «İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında» 06/2024 nömtrəli akt görünür ki, Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4-cü bəndindən görünür ki, DOST İş Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin işəgötürəni ilə X12 arasında bağlanmış 03 mart 2020-ci il tarixli əmək müqaviləsinin 4.7-ci bəndinin (işçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyi öz üzərinə götürür) tələblərinə riayət edilməməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 216-cı maddəsinin (Əməyin mühafizəsi üzrə işçilərin vəzifələri) 2-ci hissəsinin (əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək) tələblərinə əməl edilməməsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) maddəsinin 7ci abzasının (işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini) və 8-ci abzasının (işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini) tələblərinə əməl edilməməsi baş vermiş hadisənin səbəbləri olmuşdur. Bundan başqa həmin aktın 6-cı bəndindən görünür ki, Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yardımlı Şəhər Kommunal Təsərrüfatı İdarəsinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmiş X7 ehtiyatsızlığını, 4.2-ci bəndinə əsasən Yardımlı şəhər Kommunal Təsərrüfatı İdarəsinin sahə rəisi Şəxs nəzarətsizliyini və 4.3-cü bəndinə əsasən Yardımlı şəhər Kommunal Təsərrüfatı İdarəsinin müdiri X8 cavabdehliyini müəyyən etmişdir. X7 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq İZ formalı aktla rəsmiləşdirilməli və "xxxx" MMC-də uçota alınmalıdır. İZ formalı aktın bir nüsxəsinin zərərçəkənə verilməsi Cəmiyyət rəhbərliyi tərəfindən təmin edilməlidir. Komissiya üzvləri zərərçəkənlə görüşmüş və ona sosial təminat hüquqlarını qanunvericiliyin tələblərinə müvafiq izah etmişdir. Əmək müqaviləsində dəyişiklik edilməsi barədə əmək müqaviləsi bildirişindən görünür ki, X3 Şəhər Kommunal Təsərrüfatı İdarəsində xx.xx.2020-ci il tarixli əmək müqaviləsi üzrə Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul edilmişdir. 01 aprel 2021-ci il tarixli, 08 nömrəli əmrinin surətindən görünür ki, X5 operatoru vəzifəsindən azad edilərək sahə rəisi vəzifəsinə təyin edilmişdir. Yardımlı Şəhər Kommunal Təsərrüfatı İdarəsinin 01 aprel 2021-ci il tarixli, 08 nömrəli əmrinin surətindən görünür ki, X5 operatoru vəzifəsindən azad edilərək sahə rəisi vəzifəsinə təyin edilmişdir. Yardımlı rayon icra hakimiyyəti, Yardımlı MKT və "xxxx" MMC arasında başlanmış xx.xx.2019-cu il tarixli “İşçi qüvvəsinin təmin edilməsinə dair saziş”in 2.1-ci bəndindən görünür ki, bu Sazişin predmeti Rayon icra Hakimiyyətinin göstərişinə əsasən icraçı tərəfindən təşkil olunmuş ictimai işlərə Mərkəzin təqdim etdiyi işçi Qüvvəsini cəlb etməkdən, habelə işəgötürən kimi Mərkəzin işçi qüvvəsinə münasibətdə əməyin mühafizəsi və təhlükəsiziiyi ilə bağlı öhdəliklərinə görə İcraçının (Yardımlı MKTİ-nin) cavabdehlik daşımasından ibarətdir. xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, Yardımlı Şəhər Kommunal Təsərrüfatı İdarəsinin sahə rəisi X16 əmək funksiyalarından biri də əməyin mühafizəsi və idarəetmənin təşkilinin təmin olunmasından ibarətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinə görə; Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; normal əmək və istirahət rejiminə riayət edilməsini; işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatı Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ağazadə X14 Şəhər Kommunal Təsərrüfatı İdarəsinin sahə rəisi vəzifəsində işləməklə özünün əmək funksiyasına daxil olan işçilərlə işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini həyata keçirmək vəzifəsini yerinə yetirməmiş, nəticədə xx.xx.2024-cü il tarixdə baş vermiş yanğın zamanı işçi X12 telefon kabellərini yanğından mühafizə etmək üçün özbaşına, hər hansı göstəriş almadan dirəyə çıxmış və oradan yıxılaraq az ağır xəsarət almışdır. İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə və yaxud bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X17
Məhkəmə qərarları › İş №3(038)-146/2024
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-146/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver