Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-147/2024 04.06.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayonu polis şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X1 iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Yardımlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, "xxxx" MMC-də sosial işçi kimi işləyən, əlilliyi olmayan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 535.1-ci maddəsi ilə Yardımlı Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində istifadəsində olan «Ford-transit» markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobili Yardımlı şəhərində yerləşən «Soyqırım» abidəsinin önündə - həmin ərazidə xidmət aparan polis əməkdaşlarının xidməti avtomobilinin qarşısında saxlamış, bunun onların xidmət aparmalarına mane olduğunu bildirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə sonuncu barəsində Yardımlı RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X2 tərəfindən İXM-nin 535.1-ci maddəsi ilə 04 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Yardımlı rayonu polis şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X2 bildirmişdir ki, Yardımlı şəhər sakini Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Yardımlı şəhərində istifadəsində olan «Fordtransit» markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobili Yardımlı şəhərində yerləşən «Soyqırım» abidəsinin önündə, həmin ərazidə xidmət aparan polis əməkdaşlarının xidməti avtomobilinin qarşısında saxlamış, polis əməkdaşları isə Sənanın idarə etdiyi avtomobilin onların görüş bucağının qarşısını aldığını və xidmət etmələrinə mane olduqlarını və avtomobili həmin ərazidən dərhal götürməsini bildirmiş, bununla bağlı aralarında mübahisə yaranmış, Şənan Şabizadə avtomobili həmin ərazidən götürməmişdir. Bu səbəbdən sonuncu barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomobili qəsəbədə «Soyqırım» abidəsinin önündə saxlamış, bu zaman polis əməkdaşları ona maşını burda saxlamamasını bildirmişlər. O isə bir neçə dəqiqəlik işinin olduğunu və qayıdıb avtomobili oradan götürəcəyini bildirmiş və ərazidən uzaqlaşmışdır. Geri qayıdarkən polis əməkdaşı avtomobili saxlayıb getdiyi üçün onun üzərinə qışqırmışdır. O isə qarşılığında qanunun hər kəs üçün olduğunu, onlara öz işlərini görməsini bildirmişdir. Polis əməkdaşları şəhidlər abidəsinin önündə avtomobillərini saxladığı halda nə üçün o öz avtomobilini saxlaya bilməsin. Onun təqdim edəcəyi video görüntülər var ki, həmin görüntülərdə polis əməkdaşları «Şəhidlər» abidəsinə hörmət etməyərək orada avtomobillərini saxlamışlar. Sonda barəsində aşağı həddə cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 bildirmişdir ki, Yardımlı RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Yardımlı şəhərində yerləşən «Soyqırım» abidəsinin önündə Şahid3 və Şahid1 ilə birlikdə xidmət aparmışlar. Bu zaman Yardımlı şəhər sakini Şəxs istifadəsində olan «Ford-transit» markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobili onların xidməti avtomibilin, həmçinin «Şəhidlər» abidənin qarşısında saxlamışdır. Onlar Şəxs avtomobilini başqa yerdə saxlanmasını bildirmişlər, onların xidmət aparmalarına mane olduuğunu və onların görüş buracığının qarşısının kəsdiyini bildirmiş, Sənan isə avtomobili götürməyəcəyini demiş və ərazidən uzaqlaşmışdır. Bir müddət keçdikdən sonra gəlib avtomobili götürmüşdür. Bu barədə şöbəyə məlumat verdikdən sonra təkrarən vətəndaşa yaxınlaşmış və onunla birgə şöbəyə getmişlər. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid1 digər Şahid2 izahatlarına uyğun eyni məzmunlu izahat vermişlər. (Buna görə də məhkəmə həmin izahatları qərarda təkrarlamağa zərurət görmür.) Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkibinin olub-olmaması və onun təqsirliliyi məsləsinə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İXM-nin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Qeyd olunan hüquq normasının məzmunundan görünür ki, şəxsin əməlində İXM-nin 535.1-ci maddəsinin tərkibi o zaman yaranır ki, polis əməkdaşı və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən şəxsə qanuni olan tələb irəli sürmüş olsun, şəxs isə qəsdən həmin qanuni tələbi yerinə yetirməmiş olsun. İşin yuxarıda qeyd edilən hallarından müəyyən edilir ki, Şəxs istifadəsində olan «Ford-transit» markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilini Yardımlı şəhəri, «Soyqırım» abidəsinin və orada xidmət aparan post partul xidməti əməkdaşlarının xidməti avtomobillərinin qarşısında saxlamış, polis əməkdaşları isə sonuncuya görüş bucağını daraltdığı və xidmət aparılmasına mane olduğu üçün «Ford-transit» markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilini götürməsini bildirmişlər. Məhkəmə ilk növbədə xidmət aparan polis əməkdaşlarının tələblərinin qanuni olubolmamasına qiymət verilməsini zəruri hesab edir, belə ki, polis əməkdaşlarının tələbini qanuni olmadığı halda, şəxsin əməlində İXM-nin 535.1-ci maddəsinin mövcudluğundan söhbət belə gedə bilməz. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. Həmin Qanunun 7-ci maddəsinə əsasən; İ. Polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. İİ. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. İİİ. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 30 may 2001-ci il tarixli 212 №-li Əmri ilə təsdiq edilmiş « Polisin post-patrul xidməti Nizamnaməsinin»: 1.4-cü bəndinə əsasən polisin post-patrul xidməti şəhərlərdə, yaşayış məntəqələrində, yollarda, nəqliyyatda təşkil olunur və xüsusi təyin edilmiş naryadlar vasitəsi ilə həyata keçirilir. 1.5-ci bəndinə əsasən post-patrul xidmətinin başlıca vəzifələri: küçələrdə və digər ictimai yerlərdə ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək; cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması üçün tədbirlər görmək; şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq; cinayətlərin açılmasında və cinayətkarların yaxalanmasında fəal iştirak etmək; yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasına nəzarət etməkdir. 1.20-ci bəndinə görə patrul – həvalə olunmuş marşrutu gəzməklə (miniklə dövrə vurmaqla), onun ayrı-ayrı sahə və obyektlərini müayinə etməklə xidməti vəzifələrini yerinə yetirən, bir və ya bir neçə polis əməkdaşlarından təşkil olunmuş səyyar naryaddır. Patrullar avtomobildə (PA), motosikletdə (PM), katerdə (PK), atda(PAT), piyada(PP) xidmət apara bilər. Xidmət aparmaq üçü patrula marşrut ayrılır. 1.21-ci bəndinə əsasən polis əməkdaşlarına həvalə olunmuş vəzifələrin yerinə yetirildiyi yer və ya ərazi sahəsi post adlanır. Postda xidmət aparmaq üçün təyin olunan polis əməkdaşı postaçı adlanır. Hər bir postun mərkəzi və sərhədləri müəyyənləşdirilir. Əraziyə maşahidə aparılması, cinayətlərin və ictimai qaydaların pozulması hallarının qarşısının daha çevik alınması üçün ən münasib yerdə postun mərkəzi müəyyənləşdirilir. Ümumi qayda kimi, postun mərkəzindən onun sərhədlərinə qədər olan məsafə 300 mertdən artıq olmamalıdır. Adıçəkilən hüquq normalarının məzmununa görə post-patrul xidməti - ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizə işinin təmin edilməsinin əsas vasitəsidir. Post-patrul xidməti yaşayış məntəqələrində, yollarda, nəqliyyatda təşkil olunur və xüsusi təyin edilmiş naryadlar vasitəsilə həyata keçirilir. Polisin post-patrul xidməti yaşayış məntəqələrində, küçələrdə, nəqliyyat obyektlərində və digər ictimai yerlərdə təşkil olunur və xüsusi təyin edilmiş naryadlar vasitəsilə həyata keçirilir. Post-patrul xidmətinin aparılmasına hazırlıqlı, sağlam, nizam-intizamlı və yüksək mənəvi dəyərlərə malik polis nəfərləri təyin olunurlar. Post-patrul xidmətində polisin qüvvə və vasitələri istifadə olunur. Zəruri hallarda Azərbaycan Respublikası daxili işlər nazirinin göstərişi ilə post-patrul xidmətinə DİN-in digər qüvvə və vasitələri cəlb oluna bilər. Ərazi və nəqliyyatda polis orqanlarının nizami hissə və bölmələrinin, mühafizə polisinin, dövlət yol polisinin şəxsi heyəti post-patrul xidmətinin qüvvələrini təşkil edir və müvafiq yaşayış məntəqələrində, küçələrdə, nəqliyyat obyektlərində və digər ictimai yerlərdə post-patrul xidmətini həyata keçirir. Həmin bölmələr bilavasitə aidiyyəti polis orqanlarının rəislərinə tabe olaraq onların göstərişlərinə əsasən istifadə olunur. Qeyd olunanları hazırki iş üzrə tətbiq etdikdə məhkəmə belə nəticəyə gəlir ki, polis əməkdaşlarının Yardımlı şəhəri, «Soyqırım» abidəsinin yerləşdiyi ərazidə xidməti avtomobil ilə xidmət aparan post-partul xidməti avtomobilinin qarşısında saxlanılmış vizual müşahidəyə mane olan «Ford-transit» markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin götürülməsi barədə onun sahibi Şəxs irəli sürdükləri tələbləri qanuni olmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində istifadəsində olan «Ford-transit» markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobili Yardımlı şəhərində yerləşən «Soyqırım» abidəsinin önündə - həmin ərazidə xidmət aparan polis əməkdaşlarının xidməti avtomobilinin qarşısında saxlamış, bunun onların xidmət aparmalarına mane olduğunu bildirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olması onun özünün izahatı ilə yanaşı, bunu tamamlayan şahidlər Şahid2, Şahid3 və Şahid1 izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Şəxs «polis əməkdaşlarının «Soyqırım» abidəsinin qarşısında avtomobillərini saxladığı halda onun nə səbəbə istifadəsində olan avtomobili saxlaya bilməməsi» barədə izahatının dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər onun əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın mövcudluğunu istisna etmir. Belə ki, sonuncu özünün istifadəsində olan avtomobili xidmət aparan polis əməkdaşlarının xidməti avtomobilinin qarşısında saxlamış və onların xidmət aparmasına, konkret olaraq isə ictimai qaydanın qorunması ilə bağlı həyata keçirdikləri vizual müşahidəyə mane olmuşdur. Polis əməkdaşları da ona irad bildirərkən avtomobilin «Soyqırım» abidəsinin qarşısında saxlanılması ilə bağlı deyil, məhz onların xidmət apardıqları avtomobilin qarşısında saxlanılması ilə bağlı olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tətbiq ediləcək inzibati tənbehlə əlaqədar isə aşağıdakıları qeyd edir: İXM-nin 535.1-ci maddəsinin sanksiyasında həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməlində törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmmasını nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. İXM-nin Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi gündən 10(on) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(038)-147/2024
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-147/2024
04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver