Məhkəmə qərarları › İş №3(038)-148/2024

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-148/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-148/2024 04.06.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 sədrliyi, K1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Yardımlı rayonu Dağ Üzü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yardımlı rayonu Dağ Üzü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxsnın barəsində Yardımlı Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı Rayon Məhkəməsinin 2(038)-198/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Yadımlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxsın barəsində İXM-nin 528.1-ci maddəsi ilə 04 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)-198/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa 100 manat olmala cəmi 400 manat aliment ondan tutularaq X5 ödənilməlidir. Məhkəmə qətnaməsi ilə uşaqların tələbkarın yanında qalmalı olması barədə qərar qəbul olunmasına baxmyaraq uşaqların ikisi, yəni Şahid1 və Şahid2 onunla yaşayır. İşləyə bilmədiyindən analarının yanında qalan uşaqların da alimentini ödəyə bilmir. Qərar qəbul edilərkən bütün bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Yardımlı Rayon İcra Şöbəsinin icra məmuru X6 bildirmişdir ki, Bəhmənov X1 rayon Məhkəməsinin 2(038)-198/2023 saylı, 07 dekabr 2023-cü il tarixli icra sənədi icra etməkdən yayınır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. İcra sənədi üzrə aliment borcnu ğdəməmişdir. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, artıq bir ildən çoxdur bacısı Dilbərlə atasının yanında Yardımlı rayonu Dağüzü kəndində yaşayır və həmin kənddə məktəbə gedir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, artıq bir ildən çoxdur qardaşı Mərdanla atasının himayəsində Yardımlı rayonu Dağüzü kəndində yaşayır və həmin kənddə məktəbə gedir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yardımlı Rayon Məhkəməsinin 2(038)-198/2023 saylı, 07 dekabr 2023-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2023-cü ii tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü Şahid2, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci ii təvəllüdlü Şahid1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər üşağa 100 manat sabit pul məbləğində olmaqla cəmi 400 manat aliment X3 xeyrinə tutulmalıdır. İcraata başlamaq haqqında qərardan görünür ki, Yardımlı rayon Məhkəməsinin 2(038)-198/2023 saylı, 07 dekabr 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elekton məhkəmə portalından Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağarlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs himayəsində faktiki olaraq iki on dörd yaşına çatmamış uşağı vardır və onları təkbaşına böyüdür. Odur ki, onun barəsində İXMnin 30.2-ci maddəsinə əsasən inzibati həbs tətbiq edilə bilməz. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar