Məhkəmə qərarları › İş №3(038)-149/2024

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-149/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-149/2024 04.06.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 sədrliyi, K1katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 03 avqust 1995-ci ildə Yardımlı rayonu Alar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, «166 GLOBAL LOGİSTİCS» məhdud məsuliyyətli cəmiyyətində yardımçı fəhlə işləyən, Yardımlı rayonu Alar kəndində qeydiyyatda olmaqla yaşayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 04 iyun 2024-cü il tarixdə, saat 13 radələrində Yardımlı şəhərinin mərkəzində Yardımlı Rayon Məhkəməsinin inzibati binasının yaxınlıığında, ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduöuna və bunun dayandırılmasını tələb edən və xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə sonuncu barəsində Yardımlı RPŞ-nin İTB-nin polis mayoru X2 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 04 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, 04 iyun 2024-cü il tarixdə, saat 13 radələrində Yardımlı Rayon Məhkəməsində ailə münasibətləri ilə əlaqədar mülki işə baxıldıqdan sonra, evə gedərkən uşaqları ilə görüşmək istəsə də arvadı imkan verməmiş və bu səbəbdən Yardımlı Rayon Məhkəməsinin binanın qarşısında arvadı ilə aralarında mübahisə yaranmışdır. Arvadının hərəkətlərinə əsəbləşdiyindən onunla ucadan və əsəbi şəkildə danışmışdır. Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşaraq ondan sakit danışmağını tələb etmiş və o əsəbi halda olduğu üçün onlara aqressiv cavab vermişdir. Özünü təqsirli bilir, törətdiyi əməldən peşimandır. Səhvini başa düşür və bir daha belə səhvlərə yol verməyəcəkdir. Barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Əlilliyi yoxdur. Bir daha belə əməllərə yol verməyəcəkdir. Məhkəmə iclasında şahid Yardımlı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 bildirmişdir ki, 04 iyun 2024-cü il tarixdə diklokasiya üzrə müəyən olunmuş 1 nömrəli postda PPXB-nin pöolis nəfəri Şahid1 ilə birlikdə xidmət apararkən bir nəfər şəxsin küçədə ucadan hay küy salaraq ictimai qaydanı kobud şəkildə pozduğunu görüb, ona yaxınlaşıb nizam intizama dəvət tsələd də həmin şəxs qərəzli şəkildə öz hərəkətlərini davam etdirdi. Onlar özlərini ona təqdim etdikdən sonra yol verdiyi ictimai qayda pozuntusuna və xuliqanlıq hərəkətlərini davam etdirdiyinə görə bu hərəkətlərə son qoymasını tələb ediblər, Asim Şirmmədov onların tələblərinə qəsdən tabe olmadığına görə onu şəxsi iradəsinə zidd olaraq Yardımlı RPŞ-nə gətiriblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 izahatına uyğun izahat verdi. İş materiallarına əlavə olunmuş X1 Çıxarışdan görünür ki, Şəxs “166 GLOBAL LOGİSTİCS" məhdud məsuliyyətli cəmiyyətində yardımçı fəhlə işləyir və aylıq əmək haqqı 613 manatdır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı ilə yanaşı şahidlərin izahatları, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 04 iyun 2024-cü il tarixdə, saat 13 radələrində Yardımlı şəhərinin mərkəzində, Yardımlı Rayon Məhkəməsinin inzibati binasının qarşısında, ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla bunun dayandırılmasını tələb edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafedici izahatı ilə yanaşı, bunu tamamlayan şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmiş, İXM-nin 33-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin ilk dəfə inzibati xəta törətməsi yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halları, eyni zamanda məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona aşağı həddə inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 10 (on) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 04 iyun 2024-cü il tarixdən saat 18:20-dən hesablansın Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar