Məhkəmə qərarları › İş №3(038)-155/2024

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-155/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-155/2024 05.06.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 sədrliyi, K1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayonu polis şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru X1 iştirakı ilə, xx xxxxxxx 1979-cu ildə Yardımlı rayonu Fındıqlı Qışlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Yardımlı rayonu Fındıqlı Qışlaq kəndində qeydiyyatda olmaqla yaşayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 27 may 2024-cü il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs zəng edərək onu səsucaldıcıda olduğunu bilə-bilə Yardımlı rayonu, Arvana kənd sakinlərini eşidəcəyi şəkildə telefonda onlara qarşı nalayiq ifadələrlə təhqir etdiyinə görə Şəxs barəsində Yardımlı RPŞ-nin İTB-nin polis mayoru X2 tərəfindən İXM-nin 510-cu maddəsi ilə 05 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X2 bildirmişdir ki, Şəxs 27 may 2024-cü il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs zəng edərək onu və kənd sakinlərini telefonda nalayiq ifadələrlə təhqir etməsi barədə Zərərçəkmiş şəxs şöbəyə ərizəsi daxil olmuşdur. Məsələ ilə bağlı araşdırma aparılmış və ictimai qaydanın pozulmasına görə Şəxs barəsində protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Arvana kənd sakini Zərərçəkmiş şəxs ona zəng edərək heyvanlarının onun otlaq sahəsinə keçdiyini bildirmişdir. O isə qarşılığında belə hala yol verilmədiyini, hər bir halda uşaqlara bu barədə yenidən tapşırıq verəcəyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs onun barəsində polis şöbəsinə yazdığı ərizə ilə tanış olmuşdur. Bundan sonra özü Zərərçəkmiş şəxs zəng edərək ona iradını bildirmişdir. Narazılığın aralarında olduğunu, bu barədə kənd camaatı arasında danışmağının mənasız olduğunu bildirmişdir. Daha sonra aralarında mübahisə başlamış və mübahisə zamanı hər iki tərəf bir-birinə qarşı nalayiq ifadələr işlətmişdir. Telefonla danışarkən tək olmuş, yanında heç kim olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs mikrofonda danışması və yanında başqa şəxslər olması barədə məlumatı olmamışdır. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs izahatında göstərdiyi hallar yalandır. Şəxs ilkin olaraq ərazi nümayəndəsinə zəng vurmuş onu və ailəsini, həmçinin kənd sakinlərini nalayiq ifadələrlə təhqir etmişdir. Daha sonra 27 may 2024-cü il tarixdə saat 16:46-da mənə zəng vuraraq onun heyvanları otlaq sahəsində görüb-görmədiyini soruşmuşdur. O isə birbaşa olaraq özü gedib baxmadığnı, lakin bu barədə maraqlandığını və onun heyvanlarının olduğunu öyrəndiyini bildirmişdir. Daha sonra Şəxs telefonda onu və kənd sakinlərini təhqir etməyə başlamışdır. O isə telefonun mikrofonda olduğunu və bütün kənd sakinlərinin onu eşitdiyini bildirmişdir. Buna baxmayaraq Şəxs nalayiq ifadələr işlətməkdə davam etmişdir. ərazi nümayəndəliyində yazılmış ərizəyə münasitbə isə bildirmişdir ki, ərizədə Şəxs konkret olaraq adı göstərilməmiş, ümumi qaydada Peştəsər kənd sakinlərinin Arvana ərazisində heyvanlarının otarılmaması barədə müraciət edilmişdir. Məhkəmə iclasında Şahid3 bildirmişdir ki, Arvana kənd sakinidir. 27 may 2024-cü il tarixdə məktəbin ərazisində voleybol oynayarkən Zərərçəkmiş şəxs zəng gəldiyindən o, telefonla danışmaq üçün oyundan çıxmışdır. Bu zaman səs-küy çox olduğundan telefonu səs ucaltma rejimində açmışdır. Tefefonda danışanın kənd sakini Şəxs olduğu onlara məlum olmuşdur. Şəxs danışıq zamanı Azəri və ailəsini təhqir etmiş, bu zaman Azər ona telefonun səs ucaltma rejimində olduğunu və kənd sakinlərinin onu eşitdiyini bildirmişdir. Bundan sonra Şəxs kənd sakinlərinə qarşı da nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında Şahid4 bildirmişdir ki, Arvana kənd sakinidir. Şəxslə yaxın qohumluq əlaqələri yoxdur. Hadisə 27 may 2024-cü il tarixdə saat 17:00 radələrində olmuşdur. Məktəbin həyətində komanda şəklində voleybol oynayərkən Zərərçəkmiş şəxs zəng gəldiyindən oyunu saxlamışlar. Azər telefonda danışarkən telefon səs ucaltma rejimində olduğundan Şəxslə olan söhbətini eşitmişdir. Şəxs telefonda nalayiq ifadələr işlətməklə Azəri və kənd sakinlərini təhqir etmişdir. Azərin kənd sakinlərinin onun dedilərini eşitdiyini, telefonun səs ucaltma rejimində olduğunu bildirməsindən sonra da Şəxs nalayiq ifadələr işlətməkdə davam etmişdir. Məhkəmə iclasında Şahid1 bildirmişdir ki, Arvana kənd sakinidir. 27 may 2024-cü il tarixdə məktəbin ərazisində voleybol oynayarkən Zərərçəkmiş şəxs zəng gəldiyindən oyunu saxlamışlar. Zərərçəkmiş şəxs səs-küy çox olduğundan telefonu səs ucaltma rejiminə qoymuş və bu zaman Şəxs danışıq zamanı Azəri, ailəsini və kənd sakinlərini təhqir etdiyini eşitmişdir. Azər ona telefonun səs ucaltma rejimində olduğunu və kənd sakinlərinin onu eşitdiyini bildirmişdir. Bundan sonra Şəxs kənd sakinlərinə qarşı da nalayiq ifadələr işlətməkdə və onlara hədə-qorxu gəlməkdə davam etmişdir. Məhkəmə iclasında Şahid2 bildirmişdir ki, Arvana kənd sakinidir. 27 may 2024-cü il tarixdə məktəbin ərazisində voleybol oynayarkən Zərərçəkmiş şəxs zəng gəldiyindən oyunu saxlamışlar. Zərərçəkmiş şəxs telefonu səs ucaltma rejiminə qoymuş və bu zaman Şəxs danışıq zamanı Azəri, ailəsini və kənd sakinlərini təhqir etdiyini eşitmişdir. Azər ona telefonun səs ucaltma rejimində olduğunu və Arvanalıların onu eşitdiyini bildirmişdir. Bundan sonra Şəxs kənd sakinlərinə qarşı da nalayiq ifadələr işlətməkdə və onlara hədəqorxu gəlməkdə davam etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə yanaşı şahidlərin izahatları, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 27 may 2024-cü il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs zəng edərək onu telefonda digər kənd sakinlərinin də eşitdiyi barədə xəbərdar edildiyi halda nalayiq ifadələrlə təhqir etmiş, ictimai qaydanı pozmuş, bununla da İXM-nin 510-cu maddəsi ilə nəzərəd tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün izahatı ilə yanaşı, bunu tamamlayan şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmiş, İXM-nin 33-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin ilk dəfə inzibati xəta törətməsi yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halları, eyni zamanda məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 10(on) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 05 iyun 2024-cü il tarixdən saat 17:40-dan hesablansın. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar