Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-158/2024 10.06.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 sədrliyi, K1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayonu polis şöbəsinin sahə rəisi X2 iştirakı ilə, xx.xx.1983-cü ildə Yardımlı rayonu Mirimli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Yardımlı rayonu Mirimli kəndində qeydiyyatda olmaqla yaşayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 05 iyun 2024-cü il tarixdə Mirimli kənd məktəbində dərs saatında Zərərçəkmiş şəxs ilə mübahisə edərək məktəbin normal fəaliyyətinə mane olmaqla ictimai qaydanı pozduğuna görə Şəxs barəsində polis şöbəsinin sahə rəisi X3 tərəfindən İXM-nin 510-cu maddəsi ilə 10 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Yardımlı rayonu polis şöbəsinin sahə rəisi X3 bildirmişdir ki, Şəxs 05 iyun 2024-cü il tarixdə Mirimli kənd məktəbində olarkən Zərərçəkmiş şəxs ilə mübahisə etmiş. Mübahisə məktəbin binasında ictimai yerdə olmuşdur. Məsələ ilə bağlı araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və Şəxs ictimai qaydanın pozmasına görə barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, 05 iyun 2024-cü il tarixdə Mirimli kənd məktəbinin müəllimi Zərərçəkmiş şəxs həmin məktəbdə təhsil alan oğlu X5 dərsdən qovmuş və onunla kobud rəftar etmişdir. Oğlu ağlaya-ağlaya gəlmiş və nəticədə hadisədən xəbərdar olmuşdur. Bundan sonra o, məktəbə getmiş və Zərərçəkmiş şəxs oğlunu hansı səbəbdən dərsdən qovmasını soruşmuş, söhbət əsnasında aralarında mübahisə yaranmışdır. Lakin Zərərçəkmiş şəxs qarşı hər hansı nalayiq ifadə işlətməmiş və onu təhqir etməmişdir. Buna görə də barəsində inzibati haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Mirimli kənd məktəbinində tarix fənni üzrə dərs deyir. 05 iyun 2024-cü il tarixdə X5 dərsi pozduğu üçün sinifdən çıxarmış, bundan sonra onun atası Şəxs məktəbə gələrək uca səslə onunla mübahisə etmiş, onu təhqir etmişdir. Məktəb kollektivi önündə ona pensiyaçı olduğunu, artqı dərs deyə bilmədiyini bildirmişdir. Hadisə ikinci dərs başladıqdan sonra olmuşdur. O şəhid atasıdır. Ona ən pis təsir edən hal isə Şəxs onun şəhid ailəsi olduğu dediyi halda, Aqil cavabında «olsun da, şəhid ailəsi» deyə bildirmişdir. Buna görə də ona ən ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 bildirmişdir ki, Mirimli kənd məktəbinin direktorudur. 05 iyun 2024-cü il tarixdə, saat təqribən 13:00 radələrində Vqif Zeynalovun səsinə otağından çıxdığını və onun X1 otağından çıxardığını və uşağın ağladığını görmüş, daha sonra şagirdi sinif otağına aparmış, lakin Vaqif müəllim onu dərsə buraxmamışdır. Bundan sonra X10 ağlayaraq evə getmiş və bir müddət sonra atası Şəxs ilə bərabər məktəbə geri qayıtmışdır. Tənəffüs zamanı Şəxs Vaqif müəllimdən oğlu Racı niyə dərsdən çıxardığını soruşmuş, məsələni aydınlaşdırmağa çalışmışdır. Aralarında heç bir mübahisə olmamışdır. Məhkəmə iclasında Şahid2 Allahşükür oğlu bildirmişdir ki, tərəflərdən heç biri ilə yaxın qohumlu və ədavəti yoxdur. Mirimli kənd məktəbinin müəllimidir. xx.xx.2024-cü il tarixdə Vaqif müəllimlə yanaşı sinifdə dərsi olmuş, dərs zamanı hər hansı səs-küy eşitməmiş, dərsdən sonra Vaqif müəllimlə Şəxs arasında mübahisə olduğu barədə xəbəri olmuşdur. Məhkəmə iclasında şahid X10 bildirmişdir ki, Şəxs onun atası , Zərərçəkmiş şəxs onun müəllimidir. Mirimli kənd məktəbinin 7-ci sinfində təhsil alır. Həmin gün Vaqif müəllim onu dərsdən çıxardığı üçün direktorun yanına getmiş və onun vasitəsilə dərsə qayıtmışdır. Lakin Vaqif müəllim təkrarən onu sinif otağından qovmuşdur. Bundan sonra evə gedərək atasına bu barədə bildirmişdir. Daha sonra atası Şəxs ilə birgə məktəbə gəlmiş, atası Vaqif müəllimlə danışaraq məsələni aydınlaşdırmağa başlamışdır. Lakin sonradan aralarında mübahisə yaranmış və atası Şəxs daha yüksək səs tonu ilə danışmağa başlamışdır. Bu zaman ətrafda Vaqif müəllimin dərs dediyi şağırdlər, həmçinin digər siniflərin şagirdləri olmuşdur. İşdə olan Yardımlı RPŞ-nin TQ-nin baş təhqiqatçısı polis polkovnik leytenantı Vidadi Əhədov tərəfindəndən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmiş və vətəndaş Şəxs əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanması üçün qərarın surəti İTB-yə göndərilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 05 iyun 2024-cü il tarixdə Mirimli kənd məktəbində Zərərçəkmiş şəxsla mübahisə edərək məktəbin normal dərs rejiminə mane olmaqla ictimai qaydanı pozmuş, bununla da İXM-nin 510-cu maddəsi ilə nəzərəd tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün izahatı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş və şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs tətbiq ediləcək tənbehlə bağlı aşağıdakıları qeyd edir. İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı - 3 azyaşlı uşağı vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmiş, İXM-nin 33-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin ilk dəfə inzibati xəta törətməsi və himayəsində 3 azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halları, eyni zamanda məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(038)-158/2024
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-158/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver