Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-159/2024 10.06.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X19 sədrliyi, K1katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Yardımlı rayonu Porsova kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Yardımlı rayonu Porsova kəndində qeydiyyatda olmaqla və Bakı şəhərində yaşayan, əlilliyi olmayan Şəxsnın barəsində Yardımlı Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı Rayon Məhkəməsinin 2(038)-404/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati qərarın qüvvəyə mindiyi bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə Yadımlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə 10 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)-404/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2023-cü il tarixdən hesablanmaqla 14 mart 2006cı il tarixdə doğulmuş X6, 18 aprel 2008-ci il tarixdə doğulmuş X7, 28 may 2010-cu il tarixdə doğulmuş X8 və 23 iyul 2019-cu tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa 150 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X9 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə uşaqların tələbkarın yanında qalmalı olması barədə qərar qəbul olunmasına baxmayaraq uşaqların ikisi onunla yaşayır. Hazırda kirayə ev tutub və iki uşağı ilə birgə həmin evdə yaşayır. Aylıq 200 manat kirayə haqqı ödəyir. Fəhlə işləyir. Aylıq qazancı az olduğundan analarının yanında qalan uşaqların alimentini ödəyə bilmir. X13 Məhkəməsində məhkəmə qətnaməsi üzrə apellyasiya şikayətinə baxılır. Qərar qəbul edilərkən bütün bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Yardımlı Rayon İcra Şöbəsinin icra məmuru X12 bildirmişdir ki, Rüstəmov X10 Rayon Məhkəməsinin 2(038)-404/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli icra sənədi icra etməkdən yayınır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. İcra sənədi üzrə aliment borcnu ğdəməmişdir. Buna görə də barəsində daha ciddi cəza növündə inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yardımlı Rayon Məhkəməsinin 2(038)-404/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2023-cü il tarixdən hesablanmaqla 14 mart 2006-cı il tarixdə doğulmuş X2, 18 aprel 2008-ci il tarixdə doğulmuş X3, 28 may 2010-cu il tarixdə doğulmuş X4 və 23 iyul 2019-cu tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa 150 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X9 verilməlidir. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Yardımlı Rayon Məhkəməsinin 3(038)-206/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Yardımlı Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)-404/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası daxilində axtarış elan edilmişdir. Elekton məhkəmə portalından Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Göstərilənlərə əsasən məhkəmə inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Yardımlı rayon İcra və Probasiya Şöbəsinin səlahiyyətli şəxslərinin Şəxs barədə gəldiyi nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) ərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Onun əməli İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyət yaradır. İXM-nin 528.1-1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati məsuliyyətə səbəb olur. Qeyd olunan hüquq normasının məzmunundan belə müəyyən edilir ki, şəxs əvvəllər qanuni qüvvəyə minmiş inzibati tənbeh vermə haqqında qərarla inzibati məsuliyyətə cəlb edilməli və qərarın qanuni qüvvəyə mindiyi gündən 1 il ərzində eyni icra sənədinə münasibətdə təkrarən icra sənədini üzrsüz səbəbdən icra etməməli və ya icra məmurunun qanuni tələbini təkrarən yerinə yetirməməlidir. Hazırki işin hallarından isə müəyyən olunur ki, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Yardımlı Rayon Məhkəməsinin 3(038)-206/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə tənbeh tədbirinin tətbiq edilməsinə istinad etsə də, həmin qərarın qanuni qüvvəyə minibminməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda isə Şəxs əməlində İXM-nin 528.1-1-ci maddəsinin tərkibinin mövcudluğu, yəni inzibati xətanın obyektiv cəhətinin mövcudluğu öz təsdiqini tapmır. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 528.1-1-ci maddəsindən həmin Məcəllənin 528.1-ci maddəsinə tövsif edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmişdir. İXM-nin 528.1-ci maddəsinin sanksiyasına görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağarlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 8(səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 10 iyun 2024-cü il tarixdən saat 12:00-dən hesablansın. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X19
Məhkəmə qərarları › İş №3(038)-159/2024
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-159/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver