Məhkəmə qərarları › İş №3(038)-160/2024

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-160/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-160/2024 10.06.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 sədrliyi, K1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, 04.02.200-ci il tarixdə Yardımlı rayonu Köryədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əlilliyi olmayan, Yardımlı rayonu Köryədi kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində yaşayan Şəxsnın barəsində Yardımlı Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı rayon Notariat ofisinin xüsusi notariusunun 18 oktyabr 2022-ci il tarixli icra qeydi, Yardımlı Rayon Məhkəməsinin 2(038)-388/2023 saylı, 17 avqust 2023-cü il tarixli, 2(038)-389/2023 saylı, 17 avqust 2023-cü il tarixli qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Yadımlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxsın barəsində İXM-nin 528.1-ci maddəsi ilə 10 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, ondan Yardımlı rayon Notariat ofisinin xüsusi notariusunun 18 oktyabr 2022ci il tarixli icra qeydinə əsasən 1168.86 manat pul Kapital Bakın xeyrinə, Yardımlı Rayon Məhkəməsinin 2(038)-388/2023 saylı, 17 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən 593 ABŞ dolları və 32 manat dövlət rüsumu, 2(038)-389/2023 saylı,17 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən 751 ABŞ dolları və 35 manat dövlət rüsumu alınaraq Ural MMC-nin xeyrinə verilməlidir. Bakı şəhərində yaşdığından və imkanı olmadığından icra sənədlərini icra etməmişdir. Qərar qəbul edilərkən bütün bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Yardımlı Rayon İcra Şöbəsinin böyük icra məmuru X3 bildirmişdir ki, Məmiyev X1 rayon Notariat ofisinin xüsusi notariusunun 18 oktyabr 2022-ci il tarixli icra qeydi, Yardımlı Rayon Məhkəməsinin 2(038)-388/2023 saylı, 17 avqust 2023-cü il tarixli, 2(038)-389/2023 saylı,17 avqust 2023-cü il tarixli qətnamələri üzrə icra sənədlərini icra etməkdən yayınır. İcra sənədlərinin icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yardımlı rayon Notariat ofisinin xüsusi notariusunun 18 oktyabr 2022-ci il tarixli icra qeydinə əsasən 1.168,86 manat pul Şəxs alınaraq Kapital Bakın xeyrinə verilməlidir. Yardımlı Rayon Məhkəməsinin 2(038)-388/2023 saylı,17 avqust 2023-cü il tarixli icra sənədindən görünür ki, 593 ABŞ dolları və 32 manat dövlət rüsumu Şəxs alınaraq "xxxx" MMC-nin xeyrinə verilməlidir. Yardımlı Rayon Məhkəməsinin 2(038)-389/2023 saylı,17 avqust 2023-cü il tarixli icra sənədindən görünür ki, 751 ABŞ dolları və 35 manat dövlət rüsumu Şəxs alınaraq "xxxx" MMC-nin xeyrinə verilməlidir. İcraata başlamaq haqqında qərarlardan görünür ki, hər üç icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarların surətləri Şəxs göndərilmiş, ona icra qeydinin və məhkəmə qətnamələrinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elekton məhkəmə portalından Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağarlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 8(səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 10 iyun 2024-cü il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar