Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-162/2023 14.09.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X10 sədrliyi , Məhkəmənin iclas katibi R1 katibliyi, Yardımlı rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs Bəxtiyar oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1975-ci ildə Yardımlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və Qaradağ rayonu Qızıldaş qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: Yardımlı Rayon Polis Şöbəsindən daxil olmuş 14 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16 iyul 2023-cü il tarixdə, xırda talama, yəni dələduzluq yolu ilə özgəsinin əmlakını talamaqla Zərərçəkmiş şəxs Bəxtiyar oğlunu işlə təmin edəcəyini vəd edərək ondan plastik kartına 320 manat pul köçürtdürmüşdur. Bununla da vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yardımlı rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X4 göstərdi ki, 16 iyul 2023-cü il tarixdə Yardımlı rayonu, Vəlixanlı kənd sakini Baloğlanov X2 rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Yardımlı şəhər sakini Şəxs onu “Norm” şirkətinə işə düzəldəcəyini və 1270 manat əmək haqqı alacağını vəd edərək Zərərçəkmiş şəxs Bəxtiyar oğlundan 320 manat pulu Şəxs məxsus 4169 7388 9773 3501 nömrəli karta köçürtdürməklə etibarından sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs Bəxtiyar oğlunun əmlakını taladığını bildirmişdir. Yardımlı rayon X5 qrupunda təhqiqat aparılmış, toplanmış materiallar üzrə vətəndaşlar Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğu üçün qərarın surəti inzibati qaydada tədbir görülməsi üçün Yardımlı rayon X7 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. 14 sentyabr 2023-cü il tarixdə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həm tarixdə üzrə toplanmış inzibati xəta haqqında material aidiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, Yardımlı rayonu Vəlixanlı kənd sakini Zərərçəkmiş şəxs Bəxtiyar oğlu ilə ilk dəfə 21 iyun 2023-cü il tarixdə Yardımlı şəhərində yerləşən evin alqı-satqısı barədə telefonla danışmış, sonra Zərərçəkmiş şəxs Bəxtiyar oğlu ona iş axtardığını və ona kömək etməyi xahiş etmişdir. O da Zərərçəkmiş şəxs Bəxtiyar oğluna “Norm” şirkətində işə düzəldəcəyini söz vermişdir. İş axtarmaq üçün pulu olmadığından bu məqəsədlə Zərərçəkmiş şəxs Bəxtiyar oğlu 320 manat pul özünə məxsus 4169 7388 9773 3501 nömrəli karta köçürtmüşdür. Həmin pulu iş axtardığından yol pulu kimi xərcləmişdir. Sonra puldan 45 manat qaytarmışdır. Hazırda pulu ödəmək imkanı yoxdur, əvəzində su çəni və ya digər əşyalar vermək istəsə də Zərərçəkmiş şəxs Bəxtiyar oğlu razılaşmamışdır. Məhkəmə iclаsındа Zərərçəkmiş şəxs Bəxtiyar oğlu ifadə verərək göstərdi ki, Şəxs ilə ilk dəfə 21 iyun 2023-cü il tarixdə ev alqı satqısı barədə telefonla danışmış, sonra Şəxs ona “Norm” şirkətində işə düzəldəcəyini söz vermiş, bu məqəsədlə 320 manat pulu Şəxs məxsus 4169 7388 9773 3501 nömrəli karta köçürtmüşdür. Sonra puldan 45 manat qaytarmışdır. Pulun əvəzində su çəni təkilf edir, o, isə pulunu istəyir. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan Yardımlı rayon X5 Qrupunun təhqiqatçısı, polis kapitanı X6 tərəfindən qəbul edilmiş 27 iyul 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə ”qərardan görünür ki, toplanmış materiallar üzrə vətəndaş Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğu üçün qərarın surəti inzibati qaydad tədbir görülməsi üçün Yardımlı rayon X7 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İş materiallarında olan Yardımlı rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 tərtib etdiyi 14 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal yoxdur. Məhkəmə, inzibati xətanın xarakterini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 53, 43, 48-51, 105, 114,115,117, 128-130-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 14 sentyabr 2023-cü il tarixdən saat 17:45-dan hesab edilsin. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən X10
Məhkəmə qərarları › İş №3(038)-162/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-162/2023
14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver