Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-163/2025 14.03.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X9 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1992-ci ildə Yardımlı rayonu, Ərsilə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əlilliyi olmayan, fərdi əməklə məşğul olan, barəsində Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(038)-208/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8(səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmiş,Yardımlı rayonu Ərsilə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Yardımlı Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məmmədov X6 Rayon Məhkəməsinin 05 may 2024-cü il tarixli 2(073)-213/2024 saylı icra sənədini üzrlü səbəb olmadan icra etmədiyinə görə Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(038)-208/2024 №-li qərarı ilə barəsində 8 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq, həmin qərarın qanuni qüvvəyə minməsindən 1 il keçməmiş eyni icra sənədini təkrarən üzrsüz səbəbdən icra etmədiyinə görə Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə 14 mart 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 bildirmişdir ki, Şəxs barəsində Yardımlı rayon İcra və Probasiya şöbəsinin icraatına Cəlilabad Rayon Məhkəməsinin 05 may 2024-cü il tarixli 2(073)-213/2024 saylı icra sənədi daxil daxil olmuşdur. İcra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildirişlər, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmişdir. 2024-cü il tarixdə Şəxs barəsində İXM-nin 528.1-cü maddəsi ilə protokol tərtib edilərək Yardımlı Rayon Məhkəməsinə təqdim edilmiş, Məhkəmənin xx.xx.2024-cü il tarixli 3(038)-208/2024 №-li qərarı iləŞəxs barəsində 8 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Borclu Şəxs barəsində yenidən axtarış verilmiş və Şəxs Yardımlı rayon polis əməkdaşları tərəfindən saxlanılaraq Yardımlı rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Hazırda Şəxs aliment borcu 4800 manat təşkil edir. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, o borcu ödəməkdən imtina etmir. İşləmədiyindən və maddi durumu pis olduğundan aliment borcu ödəməmişdir. Bir daha belə əməllərə yol verməyəcəkdir. Əlilliyi yoxdur. Aliment borcunu ödəmək üçün ona vaxt verilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Cəlilabad Rayon Məhkəməsinin 05 may 2024-cü il tarixli 2(073)-213/2024 saylı icra sənədinə əsasən Şəxs 29 dekabr 2014-cü il təvəllüdlü X4 və 20 dekabr 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanmaları üçün 06 noyabr 2023-cü il tarxidən hesablanaraq hər ay hər uşağa 150 manat olmaqla cəmi hər ay 300 manat tutularaq iddiaçı X1 xeyrinə verilməlidir. İcraata başlamaq haqqında qərardan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 05 may 2024-cü il tarixli 2(073)-213/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarların surəti Şəxs göndərilmiş, məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elekton Məhkəmə Portalından Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(038)-208/2024 nömrəli qərarından görünür ki, Şəxs barəsində 8(səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun izahatı ilə yanaşı, icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və ona əlavə edilmiş işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, İXM-nin 528.1-ci maddəsinə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə görə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Məmmədov X6 Rayon Məhkəməsinin 05 may 2024-cü il tarixli 2(073)-213/2024 saylı qətnaməsini üzrlü səbəbdən icra etmədiyinə görə Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(038)-208/2024 №-li qərarı ilə barəsində 8(səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq bununla bağlı təkrarən üzrlü səbəbdən icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və bununla da o, İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib barəsində 15(on beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 17:00-dan hesab edilsin. Qərar dərhal icra olunsun Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(038)-163/2025
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-163/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver