Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-164/2023 21.09.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 Xanoğlan oğlunun sədrliyi , Məhkəmənin iclas katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, Yardımlı rayonu polis şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Yardımlı rayonu Vərgədüz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Vərgədüz kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Yardımlı rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, müəyyən etdi: Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş 21 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayonu Vərgədüz kənd sakini Şəxs 20 sentyabr 2023-cü il tarixdə saat 14 radələrində qayınatası Zərərçəkmiş şəxs söyərək xırda xuliqanlıq hərəkətləri törətməklə ictimai qaydanı pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Yardımlı rayonu polis şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X2 məhkəmə iclаsındа izahat verərək göstərdi ki, Yardımlı rayonu Vərgədüz kənd sakini Zərərçəkmiş şəxs 20 sentyabr 2023-cü il tarixdə Yardımlı rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmin gün saat 13:40-da kürəkəni Şəxs onu yaşadığı evin həyətində söyüb təhqir etdiyini bildirmişdir. Ərizə əsasında araşdırma aparılmış və 21 sentyabr 2023cü il tarixdə Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsinin tərkibi olduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həm tarixdə iş üzrə toplanmış inzibati xəta haqqında materiallar aidiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qayınatasıdır. Ailə münasbətləri zəminində arvadı Xəyalə ilə aralarında yaranmış narazılıqla əlaqədar, qayınatası ilə mübahisə etmiş və əsəbləşərək Zərərçəkmiş şəxs söymüşdür. Törətdiyi əməldən səmimi peşimandır və söz verir ki, bir daha belə hərəkətlərə yol verməycəkdir. Göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclаsındа Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Şəxs onun kürəkənidir. Qızı Xəyalə ilə Elməddin arasında narazılıq olduğundan Elməddin 20 sentyabr 2023-cü il tarixdə saat 13:40-da onların yaşadığı evin həyətinə gəlmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Elməddin onu söyüb təhqir etmişdir və o da Yardımlı rayon Polis Şöbəsinə ərizəsi ilə müraciət etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Şəxs inzibati xəta törətməsi özünün, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi izahatlar, sahidlərin ifadəları və iş materialları ilə də təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Höcət qızı ifadə verərək göstərdi ki, Şəxs onun kürəkənidir. Qızı Xəyalə ilə Elməddin arasında narazılıq olduğundan Elməddin 20 sentyabr 2023-cü il tarixdə saat 13:40-da onların yaşadıqları evin həyətinə gəlmiş və əri Məmi ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Elməddin onun Məmini söymüşdür. Məhkəmə iclаsındа sahid Şahid1 ifadə verərək göstərdi ki, Şəxs onun əridir. Elməddin ilə aralarında ailə münaqişəsi zəminində narazılıq olduğundan atası evinə getmiş və Elməddin 20 sentyabr 2023-cü il tarixdə saat 13:40-da onun atasının yaşadığı evin həyətinə gəlmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Elməddin onun atasını söymüşdür. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32.3-cü maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs törətdiyi əməldən səmimi peşman olması, onun əməlində məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 31.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 4(dörd) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 21 sentyabr 2023-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Yardımlı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(038)-164/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-164/2023
21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver