Məhkəmə qərarları › İş №3(038)-166/2025

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-166/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-166/2025 01.04.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X5 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayonu polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Yardımlı rayonu, Köryədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Yardımlı rayonu, Köryədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 535.1-ci maddəsi ilə Yardımlı Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində VAZ 21213 minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtomobilin dayandırılmasını və Baş Dövlət Yol Polisinin qərarına əsasən duracağa yerləşdirilməsini tələb edən, həmin ərazidə xidmət aparan polis əməkdaşı Zərərçəkmiş şəxs qanuni tələblərinə qəsdən tabe olmadığına görə sonuncu barəsində Yardımlı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4 tərəfindən İXM-nin 535.1-ci maddəsi ilə 01 aprel 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs İTB-nin sahə rəisi, polis leytenantı X4 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində Şəxs istifadəsində olan VAZ 21213 minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandırılmasını və Baş Dövlət Yol Polisinin qərarına əsasən duracağa yerləşdirilməsini tələb edən, həmin ərazidə xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamağa görə polis əməkdaşları ilə aralarında mübahisə yaranmış və bu səbəbdən Şəxs barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində VAZ 21213 minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili Yardımlı rayonu Sırıq kəndi ərazisində idarə edərkən həmin ərazidə xidmət aparan polis əməkdaşı ona avtomobili saxlamağı işarə etmiş, avtomobili saxlamış və avtomobilin duracağa yerləşdirilməsini bldirmişdir. Həmin vaxt evdə xəstəsi olduğu üçün tələsdiyindən, polisin tələbinə tabe olmamış və polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Polis əməkdaşlarını söyməmiş, onlara qarşı hər hansı hərəkət etməmişdir. Səhvini başa düşmüşdür və hərəkətlərindən peşmandır. Odur ki, qərar qəbul edilərkən nəzərə alınmasının xahiş etmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs Yardımlı RPŞ-nin DYP bölməsinin YPX-nin inspektoru, polis serjantı Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində Yardımlı rayonu Sırıq kəndi ərazisində xidmətdə olan zaman VAZ 21213 minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili sürcüsünə avtomobili təhlükəsizlik kəməri taxmadan idarə etdiyinə görə saxla əmri vermiş, Bort komputer vasitəsi ilə sənədləri yoxlayan zaman avtomobilin Baş Dövlət Yol Polisinin qərarına əsasən duracağa yerləşdirilməsi barədə qərar olduğunu və bu səbəbdən avtomobilin duracağa yerləşdirilməsini tələb etsə də sürücü onun qanuni tələblərinə tabe olmamış, sonra PPXnin əməkdaşlarının yardımı ilə avtomobil duracağa yerləşdirilmiş, Şəxs barəsində onun raportu əsasında protokol tərtib edilmişdir. Daha sonra Şəxs Yardımlı rayon polis şöbəsində ona yaxınlaşaraq evdə xəstəsi olduğu üçün tələsdiyindən və əsəbi olduğundan onunla mübahisə etdiyini bildiriş, səhvinin etiraf etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yardımlı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4 tərəfindən qəbul edilmiş 01 aprel 2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs əməlində AR İXM-nin 535.1-ci maddəsinin tərtkibi olduğundan onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış və 01 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. X1 Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı ilə yanaşı zərərşəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində idarə etdiyi VAZ 21213 minik markalı, ** BD *** dövlət eydiyyat nişanlı avtomobili Baş Dövlət Yol Polisinin qərarına əsasən duracağa yerləşdirilməsini tələb edən polis əməkdaşının ilə qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkibinin olub-olmaması və onun təqsirliliyi məsləsinə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İXM-nin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, şahid izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə tətbiq ediləcək inzibati tənbehlə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, Şəxs əməlindən səmim peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, yüngülləşdirən halları, həmçinin cəmiyyətin maraqlarını nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar