Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-168/2023 27.09.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X17 Xanoğlan oğlunun sədrliyi, Məhkəmənin iclas katibi Quliyev Tahir Binyatəli oğlunun katibliyi, Yardımlı rayonu polis şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X4, Zərərçəkmiş şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2553697X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1991-ci ildə Yardımlı rayonu Çay Üzü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Çay Üzü kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Yardımlı rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə müəyyən etdi: Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş 27 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində Yardımlı rayonu Çay Üzü kəndi ərazisində xırda xuliqanlıq hərəkətləri törətməklə ictimai qaydanı pozmuş və Yardımlı rayonu polis şöbəsinin əməkdaşı Şahid2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yardımlı rayonu polis şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X10 göstərdi ki, 25 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində Yardımlı rayonu Çay Üzü kənd sakini Babayev X7 rayonu Çay Üzü kəndi ərazisində xırda xuliqanlıq hərəkətlər etmiş və onu intizama dəvət edən Yardımlı rayonu polis şöbəsinin əməkdaşı Şahid2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs barəsində 27 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həm tarixdə üzrə toplanmış inzibati xəta haqqında materiallar aidiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilib izahat verərək göstərdi ki, Yardımlı rayonu Çay Üzü kəndində yaşayır. 25 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində həmkəndlisi X9 ilə Yardımlı rayonu Çay Üzü kəndində yerləşən kafedə spirtli içki qəbul etdikdən sonra https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2553697X5 dükanına daxil olmuşlar, Əlican Hümbətə onu avtomobillə aparmağını demişdir. Hümbət etiraz etdiyinə görə Əlicanla Hümbət arasında mübahisə yaranmış,onları sakitləşdirərkən səs küyə polis əməkdaşları da gəlmişlər. Polislər onları Yardımlı rayon polis şöbəsinə aparmaq istəyərkən polis əməkdaşları ilə aralarında mübahisə yaranmış və onun barəsində protokol tərtib edilmişdir. X11 ilə aralarında heç bir narazılıq olmamış və dükanda heç bir şeyə toxunmamışdır. Törətdiyi əməldən səmimi peşimandır və söz verir ki, bir daha belə hərəkətlərə yol verməycəkdir. Göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2553697X11 göstərdi ki, 25 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində dükanda olan zaman X9 və Şəxs dükana daxil olmuşlar. X9 onu maşınla aparmasını təkid etmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Əlican Hüseynov dukanda olan əşyaları dağıtmış, bu vaxt onların yanında olan Şəxs onları ayırmağa çalışmışdır. Səs kuyə polis əməkdaşları gəlmişlər. X1 və Şəxs polis əməkdaşları Yardımlı rayon polis şöbəsinə aparmışlar. Şəxs onu söyməmiş və aralarında mübahisə olmamışdır. Odur ki, Şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Yardımlı rayonu polis şöbəsinin NMQ-nin əməliyyat müvəkili Şahid2 ifadə verərək göstərdi ki, Yardımlı rayonu Çay Üzü kəndi ərazisində X12 və Şahid1 Elvin oğlu ilə xidmət apararkən X8 məxsusu tikinti dükanında səs kuy gəldiyini eşitmişlər. Dükana yaxınlaşanda X2 və Şəxs X11 ilə mübahisə etdiyklərini görmüşlər. Onları sakitləşdirmək istəsələr də Əlican Hüseynov və Şəxs onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra polis əməkdaşlarının köməyi ilə həmin şəxsləri polis şöbəsinə gətirmişlər və barələrində protokol tərtib edilmişdir. Məhkəmə iclasında sahid qismində dindirilmiş Yardımlı rayonu polis şöbəsinin CABnin əməliyyat müvəkkili X12 ifadə verərək göstərdi ki, Yardımlı rayonu Çay Üzü kəndi ərazisində Şahid2 və Şahid1 Elvin oğlu ilə xidmət apararkən X8 məxsusu tikinti dükanında səskuy gəldiyini eşitmişlər. Dükana yaxınlaşanda X2 və Şəxs X11 ilə mübahisə etdiyklərini görmüşlər. Şahid2 onları sakitləşdirmək istəmiş, lakin Əlican Hüseynov və Rəşad X3i tələblərinə qəsdən tabe olmamışlar. Buna görə də onların köməyi ilə həmin şəxsləri polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında sahid qismində dindirilmiş Yardımlı rayonu polis şöbəsinin CABnin əməliyyat müvəkkili Şahid1 Elvin oğlu şahid X12 ilə eyni məzminlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İş materiallarında olan 27 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayonu Çay Üzü kənd sakini Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır, onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yaradan təqsirinin olmadığı müəyyən olunur. Belə ki, iş materiallarından, eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və polis əməkdaşı Şahid2 məhkəmə iclasında verdikləri ifadələrdən məlum olur ki, Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamış, lakin hər hansı xırda xuliqanlıq hərəkətləri törətməklə ictimai qaydanı pozmamışdır. İş materiallarında olan 25 sentyabr 2023-cü il tarixli AZA 007606 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Yardımlı rayonu Çay Üzü kənd sakini Şəxs 25 sentyabr 2023-cü il tarixdə saat 21:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 25 sentyabr 2023-cu il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs alkoqol şərxoşluq vəziyyəti pr=1.880 müəyyən edilmidir. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32.3-cü maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs törətdiyi əməldən səmimi peşman olması, onun əməlində məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs inzibati xətanı sərxoş halda törədilməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Göstərilənlərə əsasən məhkəmə inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Yardımlı rayon polis şöbəsinin səlahiyyətli şəxsin Şəxs barəsində Azərbaycan Respublikasl İnzibati Хətalar Məcəlləsinin 510-cu maddəsi ilə gəldiyi nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Şəxs əməlində AR İХM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri yoxdur. Şəxs hərəkətlərində İXM-nin 535.1-ci maddəsinin əlamətləri olduğu üçün, həmin maddənin sanksiyası çərçivəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati icraata xitam verilməli, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat cərimə edilsin. Şəxs inzibati qaydada tutulduğu (25.09-xx.xx.2023) müddət nəzərə alınaraq üzərində 150 (bir yüz əlli) manat məbləğində cərimə saxlanılsın. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(038)-168/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-168/2023
27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver