Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-169/2023 27.09.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X10 Xanoğlan oğlunun sədrliyi, Məhkəmənin iclas katibi Quliyev Tahir Binyatəli oğlunun katibliyi, Yardımlı rayonu polis şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1991-ci ildə Yardımlı rayonu Çay Üzü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Çay Üzü kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Yardımlı rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş 27 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayonu Çay Üzü kənd sakini Şəxs 25 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində Yardımlı rayonu Çay Üzü kəndi ərazisində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və Yardımlı rayonu polis şöbəsinin əməkdaşı Şahid1 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yardımlı rayonu polis şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X6 göstərdi ki, 25 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində Yardımlı rayonu Çay Üzü kənd sakini Hüseynov X4 rayonu Çay Üzü kəndi ərazisində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və onu intizama dəvət edən Yardımlı rayonu polis şöbəsinin əməkdaşı Şahid1 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs barəsində 27 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həm tarixdə üzrə toplanmış inzibati xəta haqqında materiallar aidiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahat verərək göstərdi ki, Yardımlı rayonu Çay Üzü kəndində yaşayır. 25 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində həmkəndlisi X5 ilə Yardımlı rayonu Çay Üzü kəndində yerləşən kafedə spirtli içki qəbul etdikdən sonra https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2553697Zərərçəkmiş şəxs dükanına girərək onu avtomobillə aparmağını demiş, qasım Hümbətob onu aparmadığına göpə onunla mübahis etmiş, polis əməkdaşı yaxınlaşaraq onu sakitləşdirməyə çalışmış, lakin sərxoş olduğundan özünü idarə edə bilməmiş və bu səbəbdən həmin şəxslə aralarında mübahisə yaranmışdır. Sonra onu Yardımlı rayon Polis şöbəsinə aparmışlar və onun barəsində protokol tərtib edilmişdir. Sərxoş olduğundan hərəkətlərini bilməmiş, törətdiyi əməldən səmimi peşimandır və söz verir ki, bir daha belə hərəkətlərə yol verməycəkdir. Göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Şəxs inzibati xəta törətməsi özünün məhkəmə iclasında verdiyi izahat , zərərçəkmiş şəxsin, sahidlərin ifadəları və iş materialları ilə təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 25 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində dükanda olan zaman Şəxs və X5 dükana daxil olmuşlar. Şəxs onu maşınla aparmasını təkid etmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Şəxs dukanda olan əşyaları dağıtmış, bu vaxt onların yanında olan X5 onları ayırmağa çalışmışdır. Səs kuyə polis əməkdaşları gəlmiş, Şəxs sakitləşdirmək istəsələr də Şəxs ucadan ünvansız söyüşlər söyərək, polislərin qanuni tələblərinə tabe olmamışdır. Sonra Şəxs və X3 polis əməkdaşları Yardımlı rayon polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında dindirilmiş Yardımlı rayonu polis şöbəsinin NMQ-nin əməliyyat müvəkili Şahid1 ifadə verərək göstərdi ki, Yardımlı rayonu Çay Üzü kəndi ərazisində X7 və Şahid2 Elvin oğlu ilə xidmət apararkən Zərərçəkmiş şəxs məxsusu tikinti dükanında səs kuy gəldiyini eşitmişlər. Dükana yaxınlaşanda Şəxs və X1 Zərərçəkmiş şəxs ilə mübahisə etdiyklərini görmüşlər. Onları sakitləşdirmək istəsələr də Şəxs və Rəşad Babayev ucadan ünvansız söyüşlər söyərək onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra polis əməkdaşlarının köməyi ilə həmin şəxsləri polis şöbəsinə gətirmişlər və barələrində protokol tərtib edilmişdir. Məhkəmə iclasında sahid qismində dindirilmiş Yardımlı rayonu polis şöbəsinin CABnin əməliyyat müvəkkili X7 ifadə verərək göstərdi ki, Yardımlı rayonu Çay Üzü kəndi ərazisində Şahid1 və Şahid2 Elvin oğlu ilə xidmət apararkən Zərərçəkmiş şəxs məxsusu tikinti dükanında səskuy gəldiyini eşitmişlər. Dükana yaxınlaşanda Şəxs və X1 Zərərçəkmiş şəxs ilə mübahisə etdiyklərini görmüşlər. Şahid1 onları sakitləşdirmək istəmiş, lakin Şəxs və Rəşad Babayev ucadan ünvansız söyüşlər söyərək Rasim Hüseynovun qanuni tələblərinə qəsdən tabe olmamışlar. Buna görə də onların köməyi ilə həmin şəxsləri polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında sahid qismində dindirilmiş Yardımlı rayonu polis şöbəsinin CABnin əməliyyat müvəkkili Şahid2 Elvin oğlu şahid X7 ilə eyni məzminlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İş materiallarında olan 27 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayonu Çay Üzü kənd sakini Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. İş materiallarında olan 25 sentyabr 2023-cü il tarixli AZA 007606 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Yardımlı rayonu Çay Üzü kənd sakini Şəxs 21 sentyabr 2023-cü il tarixdə saat 21:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 25 sentyabr 2023-cu il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs alkoqol şərxoşluq vəziyyəti pr=1.880 müəyyən edilmidir. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32.3-cü maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsində göstərilir ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs törətdiyi əməldən səmimi peşman olması onun əməlində məsuliyyəti yüngülləşdirən haldır. Şəxs inzibati xətanı sərxoş halda törədilməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 31.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 25 sentyabr 2023-cü ildən, saat 21:30-dan hesablansın. Qərarın icrası Yardımlı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(038)-169/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-169/2023
27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver