Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-172/2025 09.04.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X2 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Yardımlı rayonu Honuba kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, Yardımlı rayonu Honuba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı rayonu Honuba kəndində 28 mart 2025-ci il tarixdə saaat 23 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs söyməklə ictimai qaydanı pozduğuna görə Şəxs barəsində polis şöbəsinin sahə rəisi X1 tərəfindən İXM-nin 510-cu maddəsi ilə 09 aprel 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirsiz hesab edərək bildirmişdir ki, 28 mart 2025-ci il tarixdə saaat 23 radələrində heyvanlarını evə gətirən zaman qardaşı Şahid2 evinin qarşısından keçən zaman, evdən səs küy gəldiyini eşidib qulaq asmışdır. Bu zaman qardaşının arvadı Zərərçəkmiş şəxs deyinədeyinə çölə çıxmış və onarı görəndə «burada nə gəzirsiz, məni güdürsüz?» deyərək onun üzərinə yürümüş, «səni öldürəcəyəm» deyərək onu, ailəsini və qızlarını söyüb təhqir etmişdir. O, Zərərçəkmiş şəxs söyməmiş, hər hansı nalayiq ifadə işlətməmiş və onu təhqir etməmişdir. Buna görə də məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 28 mart 2025-ci il tarixdə saaat 23 radələrində Yardımlı rayonu Honuba kəndində yaşadığı evdən bayıra çıxanda Vidadi və onun qaynının qaranlıqda dayandığını görmüş, qorxmuş və burda nə etdiklərini soruşanda qaynı ona «zəhrimar-azar» demiş, Vidadi isə əlində balta ilə onun üzərinə yürüyərək, onu vurmaq istəmiş, lakin əri və uşaqları mane olmuşlar. Vidadi onu söyərək təhqir etmişdir. Sonra o, 102 zəng xidmətinə müraciət etmişdir. Vidadai İbayevlə barışmamışdır. Vidadini söyüşlərini bütün qonşular eşitmişdir. Odur ki, məhkəmədən Vidadinin həbs olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 bildirmişdir ki, 23 mart 2025-ci il tarixdə saat 23 radələrində əmisi oğlu Vidai İbayevlə inəyi meşədən gətirərkən Zərərçəkmiş şəxs evinin yanından keçəndə Zərərçəkmiş şəxs evdə söyüş söydüyünü eşitmişlər, Aytən çölə çıxıb onları görəndən, onu güddüklərini deyərək səs-küy salmış, Vidadi isə Aytənə evə girməyini və səs-küy salmamağının demişdir. Həmin vaxt Vidadinin əlində balta olsa da, Aytənin söyməmiş və onu balta ilə hədələməmişdir. Məhkəmə iclasında Şahid2 bildirmişdir ki, Şəxs onun qardaşı, Zərərçəkmiş şəxs isə arvadıdır. 23 mart 2025-ci il tarixdə saat 23 radələrində arvadı Zərərçəkmiş şəxs evdən çölə çıxmış, sonra Aytənin qışqırıq səsinə evdən çıxanda Vidadinin Aytəni söyüb təhqir etdiyini eşitmişdir. Vidadini söyüşləri qonşular eşidəcək dərəcədə yüksək səslə demişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yardımlı RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında icraatın başlamması barədə qərardan görünür ki, Şəxs əməlində İXM-nin 510-cü maddəsinin tərkibi olduğundan barəsndə inzibati xəta haqqında iş üzrə icraat başlamışdır. 09.04 2025-ci il tarixli MN ******* saylı inzibati xətalar haqqında protokoldan görünür ki, vətəndaş Şəxs əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati xətalar haqqında protokol tərtib edilərək Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 28 mart 2025-ci il tarixdə saaat 23 radələrində Yardımlı rayonu Honuba kənd sakin Zərərçəkmiş şəxs söyməklə ictimai qaydanı pozmuş, bununla da İXM-nin 510-cu maddəsi ilə nəzərəd tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün izahatı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş və şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs tətbiq ediləcək tənbehlə bağlı aşağıdakıları qeyd edir. İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №3(038)-172/2025
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-172/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver