Məhkəmə qərarları › İş №3(038)-175/2024

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-175/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-175/2024 04.07.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 sədrliyi, K1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Yardımlı rayonu Qaraqaya kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Yardımlı rayonu, Urakəran kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Yardımlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 24 aprel 2024-cü il tarixdə saat 08 radələrində sürücülük vəsiqəsi əsasında idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2121 MİNİK” markalı ** BD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Yardımlı şəhəri Xətai küçəsində Yardımlı şəhəri istiqamətində hərəkətdə olan zaman idarəetməni itirdiyindən, avtomobil yoldan çıxaraq hasara dəydiyinə və avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarətləri yetirdiyinə görə barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 24 aprel 2024-cü il tarixdə saat 08 radələrində sürücülük vəsiqəsi əsasında idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2121 MİNİK” markalı ** BD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Yardımlı şəhəri Xətai küçəsində Yardımlı şəhəri istiqamətində hərəkətdə olan zaman idarəetməni itirmiş,avtomobil yoldan çıxaraq hasara dəymiş və nəticədə avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Zərərçəkmiş şəxslərlə barışmışdır, ondan tələbləri yoxdur. Atası xəstədir və onu tez-tez avomobillə xəstəxanaya aparır, ona görə də barəsində cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, Şəxs 24 aprel 2024-cü il tarixdə saat 08 radələrində ona məxsus “VAZ 2121 MİNİK” markalı ** BD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Yardımlı şəhəri Xətai küçəsində Yardımlı şəhəri istiqamətində hərəkətdə olan zaman idarəetməni itirmiş, avtomobil yoldan çıxaraq hasara dəymiş və nəticədə avtomobildə olan sərnişinlər o və oğlu Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, ondan şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməyinə baxmayaraq məhkəmə iclasına gəlməməmiş, lakin telefonla 04 iyul 2024-cü il tarixdə Masallı şəhərində keçiriləcək imtahanda iştirak etdiyindən, məhkəmə iclasına gələ bilməyəcəyini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan şikayəti və tələbi olmadığını bildirmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: HK-1/146 №-li material üzrə «cinayət işi başlanmasının rədd edilməsi haqqında» 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, o İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibat xətanı törətdiyindən barəsində inzibati icraat işinin açılmasından ötrü qərarın surəti aidiyyəti üzrə Yardımlı RPŞ-nin DYPB-nə göndərilmişdir. İXM-nin 327.1-ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri iş materiallarında olan cinayət işinin rədd edilməsi haqqında 20 iyun 2024-cü il tarixli qərar, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 32.2 və 33.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Şəxs əməlindən səmim peşman olması, zərəçəkmiş şəxlərlə barışması və zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmaması onun məsuliyyətini yüngülləşdirən hallardır. Şəxs əməlində onun məsuliyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300(üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar