Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-175/2025 23.04.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X9 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1977-ci ildə Yardımlı rayonu, Köryədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşgul olan, əlilliyi olmayan, Yardımlı rayonu Köryədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Yardımlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(110)-312/2020 saylı icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Yadımlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxsın barəsində İXM-nin 528.1-ci maddəsi ilə 21 aprel 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs- Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 bildirmişdir ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(110)-312/2020 saylı icra sənədinə əsasən xx.xx.2013-cü il tarixdə doğulmuş X3 xx.xx.2015-ci il tarixdə doğulmuş X7, xx.xx.2017-ci il tarixdə doğulmuş X4 və xx.xx.2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşağa 100 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment alınaraq X6 verilməlidir. Borclu Şəxs alimenti ödəmədiyindən ona dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Hazırda Şəxs aliment borcu 16800 manat təşkil edir. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, ondan Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(110)-312/2020 saylı icra sənədinə əsasən xx.xx.2020-ci il tarixli, 2(110)-312/2020 saylı icra sənədinə əsasən xx.xx.2013-cü il tarixdə doğulmuş X3 xx.xx.2015-ci il tarixdə doğulmuş X7, xx.xx.2017-ci il tarixdə doğulmuş X4 və xx.xx.2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment alınaraq X6 verilməlidir. Başqa qadınla ailə qurmuşdur və 3 uşağı vardır. İmkanı olmadığından aliment borcunu ödəməmişdir. Qərar qəbul edilərkən göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(110)-312/2020 saylı icra sənədinə əsasən xx.xx.2013-cü il tarixdə doğulmuş X3 xx.xx.2015-ci il tarixdə doğulmuş X7, xx.xx.2017-ci il tarixdə doğulmuş X4 və xx.xx.2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşağa 100 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment alınaraq X6 verilməlidir. İcraata başlamaq haqqında qərarrdan görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elekton Məhkəmə Portalından Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini və icra sənədini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağarlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 8(səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 16:15-dən hesab edilsin. Qərar dərhal icra olunsun Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(038)-175/2025
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-175/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver