Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-176/2024 02.07.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 sədrliyi, K1katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə Yardımlı rayonu Ərsilə kəndində Şəxs 1993-cü il buraxılışlı,16 kaliberli, qoşa lüləli, № YN 8114 nömrəli olan yivsiz ov tüfəngini qanunsuz gəzdirdiyinə görə sonuncunun barəsində İXM-nin 590.2-ci maddəsi ilə 24 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə İXM-nin 61-ci maddəsinə əsasən Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Yardımlı RPŞ-nin xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs üzərindən 1993cü il buraxılışlı, 16 kaliberli, qoşa lüləli, № YN 8114 nömrəli olan yivsiz ov tüfəngi götürülmüşdür. Şəxs Yardımlı rayon polis şöbəsində verdiyi 15 iyun 2024-cü il tarixli izahatından görünür ki, o, babasından yadigar qalmış 1993-cü il buraxılışlı,16 kaliberli, qoşa lüləli, № YN 8114 nömrəli olan yivsiz ov tüfəngini təsərrüfatında olan mal-qaranı vəhşi heyvanlardan qorumaq üçün Yardımlı rayonu Ərsilə kəndi ərazisində gəzdirərkən polis əməkdaşları tərəfindən saxlanılmış, silahın sənədləri olmadığından silahı Yardımlı rayon polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Həmin Qanunun 14-cü maddəsinin İİ hissəsində göstərilir ki, qanun üzrə vərəsəlik hallarında mülki silahı miras almış vərəsənin mülki silahı əldə etmək üçün xüsusi icazəsi yoxdursa, o üç ay ərzində həmin xüsusi icazəni almalıdır. Vərəsə ona miras qalmış mülki silahı əldə etmək üçün xüsusi icazəni almaq istəməzsə və ya ona bu cür xüsusi icazə verilməzsə, o bir ay müddətində həmin silahı ya bağışlamalı, təhvil verməli və ya satmalıdır. İXM-nin 590.2-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə- silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 590.2-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq inzibati xətanın xarakterini və inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini nəzərə almaqla barəsində silah və onun döyüş sursatı müsadirə edilməklə inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İXM-nin 77.3-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş qurtaranadək maddi sübutların saxlanılmasının təmin edilməsi üçün zəruri tədbirlər görməli, habelə inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1963-ci buraxılışlı, 16 kaliberli, qoşa lüləli, № YN 8114 nömrəli olan yivsiz ov tüfəngi müsadirə edilməklə 80(səksən) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə götürülmüş və Yardımlı rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd 1963-ci buraxılışlı, 16 kaliberli, qoşa lüləli, № YN 8114 nömrəli yivsiz ov tüfəngi müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat anbarına təhvil verilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya şöbəsinə və Yardımlı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X1
Məhkəmə qərarları › İş №3(038)-176/2024
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-176/2024
02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver