Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-186/2023 12.10.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X11 Xanoğlan oğlunun sədrliyi , Məhkəmənin iclas katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, Yardımlı rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 2006-cı ildə Yardımlı rayonu Ünəç kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan yaşayan, il ərzində inzibati tənbeh almamış Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: Yardımlı Rayon Polis Şöbəsindən daxil olmuş 12 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 oktyabr 2023-cü il tarixdə, xırda talama, yəni dələduzluq yolu ilə özgəsinin əmlakını talamaqla X1 məxsus VAZ 21074 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobildən 136 manat pul oğurlamışdır. Bununla da vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yardımlı rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X5 göstərdi ki, 08 oktyabr 2023-cü il tarixdə Yardımlı şəhər sakini Zərərçəkmiş şəxs Yardımlı rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Yardımlı şəhər sakini Şəxs ona məxsus VAZ 21074 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobildən 136 manat pulun Şəxs tərəfindən oğurlandığını bildirmişdir. Yardımlı rayon X6 qrupunda təhqiqat aparılmış, toplanmış materiallar üzrə vətəndaş Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğu üçün qərarın surəti inzibati qaydada tədbir görülməsi üçün Yardımlı rayon X9 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. 12 oktyabr 2023-cü il tarixdə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həm tarixdə üzrə toplanmış inzibati xəta haqqında material aidiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 07 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində evdən çıxıxb Yardımlı şəhərinə gəlmiş və Yardımlı şəhər sakini X3 ilə 15-20 dəqiqə söhbət etmişdir. Söhbət əsnasında sakini X3 avtomobilinin qapılarından birinin kilidlənmədiyini demişdir. Daha sonra onlar ayrılmışlar, X3 avtomobilinə minib getmiş, o da əvvəlcə Masallı şəhərinə getmək istəmiş, lakin avtomobil olmadığından fikrini dəyişib evə qayıtmışdır. Evə qayıdan zaman yolun kənarında X1 məxsus VAZ 21074 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüş və avtomobildən oğurluq etmək qərarına gəlmişdir. X1 məxsus avtomobilin qababq qapisini açaraq qabaq oturacaqların arasından yerləşən qolaltı adlanan saxlanc yerindən 136 manat pulu götürərək oradan uzaqlaşmışdır. Oğurluq edən vaxt tək olmuşdur. Sonra tanımadığı avtomobillə Masallı şəhərinə getmişdir və pulları orada xərcləmişdir. Məhkəmə iclаsındа zərərçəkmiş şəxs X3 ifadə verərək göstərdi ki, Yardımlı şəhərində yaşayır və özünə məxsus VAZ 21074 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərir. 07 oktyabr 2023-cü il tarixdə Yardımlı şəhərində avtomobili saxlayıb sərnişin gözləyən zaman Şəxs ona yaxınlaşmış və aralarında 15-20 dəqiqiə söhbət etmişlər. Söhbət əsnasında o, Şəxs avtomobilinin qapılarından birinin kilidlənmədiyini demişdir. Daha sonra onlar ayrılmışlar və o, avtomobilinə minib nahar etmək üçün evinə getmiş, avtomobili evinə yaxın yolun kənarında saxlamışdır. Evdə istirahət edən zaman qunşunun qışqıraraq avtomobildən bir nəfər tanımadığın şəxsin çıxıb qaçdığını demiş, o, gedib avtomobilə baxanda qabaq oturacaqların arasında olan qalaltı adlanan yerdə qoyduğu 136 manatı götürüldüyünü görmüşdür. Ətrafa baxsa da heç kimi görə bilməmişdir. Sonra Yardımlı rayon polis şöbəsinə müraciət edərək Şəxs şübhələndiyini bildirmişdir. Araşdırma zamanı Şəxs əməlini etiraf etmiş, lakin ona dəymiş ziyanı ödəməmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan Yardımlı rayon X6 Qrupunun təhqiqatçısı, polis kapitanı X7 tərəfindən qəbul edilmiş 12 oktyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə ”qərardan görünür ki, toplanmış materiallar üzrə vətəndaş Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğu üçün qərarın surəti inzibati qaydad tədbir görülməsi üçün Yardımlı rayon X9 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İş materiallarında olan Yardımlı rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 tərtib etdiyi 12 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdu Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal yoxdur. Məhkəmə, inzibati xətanın xarakterini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 53, 43, 48-51, 105, 114,115,117, 128-130-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində iki yüz qırx saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Yardımlı rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(038)-186/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-186/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver