Məhkəmə qərarları › İş №3(038)-187/2023

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-187/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-187/2023 19.10.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 Xanoğlan oğlunun sədrliyi , Quliyev Tahir Binyatali oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 16 avqust 1980-ci ildə Yardımlı rayonu Şəfəqli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu Şəfəqli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş 16 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 oktyabr 2023-cü il tarixdə saat 18:20-də Yardımlı rayonu Perimbel kəndində keçmiş arvadı Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozan, xırda xuliqanlıq hərəkətləri törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tanıyır, onun keçmiş arvadıdır. Zərərçəkmiş şəxs ilə 2006-cı ildə evlənmişlər, birgə nikahdan bir qız uşaqları doğulmuş, 2009-cu ildən ayrılmışlar və ayrı yaşayırlar. 15 oktyabr 2023-cü il tarixdə qızı Fidanla görüşmək üçün Yardımlı rayonunun Perimbel kəndinə getmiş, Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış və əsəbləşərək Zərərçəkmiş şəxs söymüşdür. Səhvini başa düşmüşdür, hərəkətindən peşmandır və söz verir ki, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi səbəbi barədə hər hansı məlumat daxil olmamışdır. Belə ki, iş materiallarında olan bilirişdən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında işə zərər çəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şəxs inzibati xəta törətməsi özünün etirafı ilə yanaşı iş materialları ilə də təsdiq olunur. Belə ki, iş materiallarında olan Yardımlı rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis polkovnik-leytenantı X1 tərtib etdiyi 16 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması barədə qərardan görünür ki, vətəndaş Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olduğundan barəsində inzibatı xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan 16 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayonu Şəfəqli kənd sakini Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan 16 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati xətalar haqqında iş aidiyyəti üzrə Yardımlı rayon məhkəməsinə göndərilmişdir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs əməlindən səmimi peşman olması məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 70 (yetmiş) manat məbləğində cərimə edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar