Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-19/2023 02.02.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ Yardımlı rayon Məhkəməsinin hakimi Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Quliyev Tahir Binyatali oğlunun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs iştirakları ilə, 23 favral 1994-cü il tarixdə Yardımlı rayonu Yardımlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu Yardımlı şəhərində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: Yardımlı şəhər sakini Şəxs 01 fevral 2023-cü il tarixdə saat 13 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz 21074 minik” markalı ** KY *** dövlət qeydiyyat nişanlı avtomobili Yardımlı şəhəri H.Əliyev prospektində saxlamış, sonra hərəkətə başlayan zaman yol hərəkəti qaydalarını pozaraq arxadan gələn avtomobillə araməsafəsi saxlamayaraq hərəkət zolağına çıxmış və nəticədə hərəkətdə olan Yardımlı şəhər sakini Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Vaz 21214 minik” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticədə Zərərçəkmiş şəxs idarə “Vaz 21214 minik” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə maddı ziyan dəymişdir. Bununla da vətəndaş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, 01 fevral 2023-cü il tarixdə saat 13 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi özünə məxsus olan “Vaz 21074 minik” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobili Yardımlı şəhəri H.Əliyev prospektində yolun kənarında saxlamış, sonra hərəkətə başlayan zaman yol hərəkəti qaydalarını pozaraq arxadan gələn avtomobillə araməsafəsi saxlamayaraq hərəkət zolağına çıxmış və nəticədə hərəkətdə olan Yardımlı şəhər sakini Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21214 minik” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticədə Zərərçəkmiş şəxs idarə “Vaz 21214 minik” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə maddı ziyan dəymiş, xəsarət alan olmamışdır. Səhvini başa düşmüşdür, hərəkətindən peşimandır və zərərçəkmiş şəxslə dəymiş zərəri ödəmişdir. Yuxarıda göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Yardımlı şəhər sakini Zərərçəkmiş şəxs göstərdi ki, 01 fevral 2023-cü il tarixdə saat 13 radələrində Yardımlı şəhəri H.Əliyev prospektində etibarnamə ilə idarə etdiyi “Vaz 21214 minik” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə hərəkətdə olarkən yolun kənarında dayanmış “Vaz 21074 minik” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən onun hərəkət zolağına çıxmış və nəticədə avtomobillər toqquşmuşdur. Toqquşma nəticəsində o, xəsarət almamış, lakin onun idarə etdiyi “Vaz 21214 minik” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə maddı ziyan dəymişdir. Şəxs ona dəymiş ziyanı ödəmişdir, ondan şikayət və tələbi yoxdur. Odur ki, inzibati xəta törətmiş şəxs Şəxs qanuna yüngül cəza verilməsini xahiş etdi. Şəxs inzibati xəta törətməsi onun etirafedici izahatı ilə yanaşı 01 fevral 2023-cü il tarixlı, AP ******* nömrəli protokol və iş materialları ilə də təsdiq olunur. Belə ki, iş materialında olan Yardımlı rayon polis şöbəsini DYPB-nin əməkdaşının 01 fevral 2023-cü il tarixli testin surətindən görünür ki, Şəxs hadisəni törədən zaman sərxoş olmadığı müəyyən edilmişdir. İş materialında olan Yardımlı rayon polis şöbəsini DYPB-nin əməkdaşının 01 fevral 2023-cü il tarixli testin surətindən görünür ki, Zərərçəkmiş şəxs hadisəni törədən zaman sərxoş olmadığı müəyyən edilmişdir. İş materialında olan yol- nəqliyyat hadisəsinin sxemindən və 01 fevral 2023-cü il tarixlı, AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 fevral 2023-cü il tarixdə saat 13 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz 21074 minik” markalı ** KY *** dövlət qeydiyyat nişanlı avtomobili Yardımlı şəhəri H.Əliyev prospektində saxlamış, sonra hərəkətə başlayan zaman yol hərəkəti qaydalarını pozaraq arxadan gələn avtomobillə araməsafəsi saxlamayaraq hərəkət zolağına çıxmış və nəticədə hərəkətdə olan Yardımlı şəhər sakini Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Vaz 21214 minik” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticədə Zərərçəkmiş şəxs idarə “Vaz 21214 minik” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə maddı ziyan dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokolun baxılması səlahiyyəti Məhkəməyə aid olsa da, onun İXM-nin 327.1-ci maddəsi barəsində olan inzibati xəta haqqında protokolun baxılması səlahiyyəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə aiddir. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə ilə barəsinsə olan inzibati xəta haqqında protokola Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən bir icraatda baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. İnzibati xəta tərətmiş şəxs Şəxs əməlindən səmimi peşman olması, vurulmuş zərərin əvəzini könüllü surətdə ödəməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmişin ondan şikayət və tələbinin olmaması onun məsuliyyətini yüngülləşdirən hallardır. İnzibati xəta tərətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları və əmlak vəziyyətini, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 327.1-ci və 332.4-cü maddələri ilə maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(038)-19/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-19/2023
02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver