Məhkəmə qərarları › İş №3(038)-190/2023

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-190/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-190/2023 02.11.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X8 Xanoğlan oğlunun sədrliyi , Məhkəmənin iclas katibi K1 oğlunun katibliyi, Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 02 fevral 2000-cı ildə Yardımlı rayonu Şıxhüseynli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Şıxhüseynli kəndində qeydiyyatda olanvə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Yardımlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: Masallı rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(050)-1004/2023 nömrəli icra sənədi üzrə borclu Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə tabe olmamaqla icra sənədinin icrasını təmin etməmişdir. Hazırda Şəxs borcu 1360 manat təçkil edir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, ondan Masallı rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(050)- 1004/2023 nömrəli icra sənədinə əsasən X3 yetkinlik yaşına çatanadak saxlanılması üçün ondan hər ay 170 manat aliment tutularaq tutularaq X1 xeyrinə verilməlidir. İşləmədiyindən, daimi iş yeri və maddi imkanı olmadığından aliment borcunu ödəyə bilməmişdir. Səhvini başa düşmüşdür, hərəkətindən peşmandır. Yuxarıda göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Şəxs inzibati xəta törətməsi özünün etirafedici izahatı ilə yanaşı Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatlarla və iş materialları ilə də təsdiq olunur. Belə ki, Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, borclu Şəxs Masallı rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(050)-1004/2023 nömrəli icra sənədinə əsasən X3 yetkinlik yaşına çatanadak saxlanılması üçün Şəxs hər ay 170 manat aliment tutularaq tutularaq X1 xeyrinə verilməsi barədə şöbənin icraatına icra sənədləri daxil olmuş və icra sənədlərinin icrası üçün qanuni tədbirlər görülmüşdür. Borclu Şəxs daimi iş yeri və maddi imkanı olmadığını bəhanə gətirərək icra sənədlərinin icrasını tam təmin etməmiş və aliment borcunu ödəməmişdir. Bu səbəbdən Şəxs barəsində protokol tərtib edilmiş və Yardımlı rayon Məhkəməsinə təqdim edilmişdir. Hazırda Şəxs aliment borcu 1360 manat təşkil edir. İş materiallarında olan 02 noyabr 2023-cü il tarixli, MN1057736 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Masallı rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(050)-1004/2023 nömrəli icra sənədinə əsasən X3 yetkinlik yaşına çatanadak saxlanılması üçün Şəxs hər ay 170 manat aliment tutularaq tutularaq X1 xeyrinə verilməlidir. Lakin borclu Şəxs icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə tabe olmamaqla icra sənədinin icrasını təmin etməmişdir. Hazırda Şəxs aliment borcu 1360 manat təşkil edir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs səmimi peşmançılığı əməlində məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirici halları, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 31.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8(səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 02 noyabr 2023-cü il tarixdən saat 13:30-dan hesab edilsin. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Yardımlı Rayon Məhkəməsinə və ya bilavasitə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar