Məhkəmə qərarları › İş №3(038)-194/2024

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-194/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-194/2024 08.07.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 sədrliyi, K1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X2 iştirakı ilə, xx xxxxx 1975-ci ildə Yardımlı rayonu Teşkan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşgul olan, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu Teşkan kəndində qeydiyyatda olan və yaşayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 07 iyul 2024-cü il tarixdə, saat 22 radələrində Yardımlı- Masallı yolunun 37-ci kilometrliyində, ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğuna və bunun dayandırılmasını tələb edən, xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə sonuncu barəsində Yardımlı RPŞ-nin İTBnin sahə rəisi, polis mayoru X4 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 07 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi X4 bildirmişdir ki, Şəxs 07 iyul 2024-cü il tarixdə, saat 22 radələrində Yardımlı- Masallı yolunun 37-ci kilometrliyində, ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğuna və bunun dayandırılmasını tələb edən və xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, 07 iyul 2024-cü il tarixdə, saat 22 radələrində oğlu Nahid Fərəclinin idarə etdiyi “Lada” markalı ** CK *** qeydiyyat nişanlı avtomobillə Yardımlı- Masallı yolunun 37-ci kilometrliyində hərəkətdə olan zaman, polis əməkdaşları onlara avtomobili saxla əmr vermiş, oğlu avtomobili saxladıqdan sonra, polis əməkdaşları ilə aralarında mübahisə yaranmış, oğlunu polis şöbəsinə aparmaq istəyərkən o əsəbləşdiyindən ucadan və əsəbi şəkildə danışmışdır. Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları ondan sakit danışmağını tələb etmiş və o əsəbi halda olduğu üçün onlara aqressiv cavab vermişdir. Özünü təqsirli bilir, törətdiyi əməldən peşimandır. Səhvini başa düşür və bir daha belə səhvlərə yol verməyəcəkdir. Barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Əlilliyi yoxdur. Məhkəmə iclasında şahid Yardımlı RPŞ-nin PPXB-nin polis nəfəri, polis nəfəri X3 bildirmişdir ki, 07 iyul 2024-cü il tarixdə saat 22 radələrində Yardımlı- Masallı yolunun 37-ci kilometrliyində PPXB-nin polis nəfəri X5 ilə birlikdə xidmət apararkən hərəkətdə olan “Lada” markalı ** CK *** qeydiyyat nişanlı avtomobillə saxla əmri vermişlər, lakin sürücü avtomobildən düşərək ucadan hay küy salaraq ictimai qaydanı kobud şəkildə pozmuşdur. Sürücünü intizama dəvət edən zaman avtomobildə olan sərnişin də ucadan hay küy salaraq ictimai qaydanı kobud şəkildə pozmuşdur. Onu nizam intizama dəvət etsələd də həmin şəxs qərəzli şəkildə öz hərəkətlərini davam etdirdi. Onlar özlərini ona təqdim etdikdən sonra yol verdiyi ictimai qayda pozuntusuna və xuliqanlıq hərəkətlərini davam etdirdiyinə görə bu hərəkətlərə son qoymasını tələb ediblər, Şəxs onların tələblərinə qəsdən tabe olmadığına görə onu şəxsi iradəsinə zidd olaraq Yardımlı RPŞ-nə gətiriblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 şahid X1 izahatına uyğun izahat verdi. İş materiallarına əlavə olunmuş Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı ilə yanaşı şahidlərin izahatları, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 07 iyul 2024-cü il tarixdə saat 22 radələrində Yardımlı- Masallı yolunun 37-ci kilometrliyində ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla bunun dayandırılmasını tələb edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafedici izahatı ilə yanaşı, bunu tamamlayan şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə tətbiq ediləcək inzibati tənbehlə bağlı aşağıdakıları qeyd edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 33.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin əməlindən səmimi peşman olması onun məsuliyətini yüngülləşdirən hal kimi müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun yaşını və təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar